"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan Muxtar Respublikasının turizm potensialı” mövzusunda konfrans keçirilib

Fevralın 20-də Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Dövlət Universitetinin və “Naxçıvan” Universitetinin tələbələrinin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının turizm potensialı” mövzusunda konfrans keçirilmişdir.

Tədbiri Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov giriş sözü ilə açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 27 iyul 2015-ci il tarixli Sərəncamı ixtisaslı mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayan dövlət sənədidir. Mədəniyyət və Turizm Nazirliyi də mədəniyyət və turizm sahələri üzrə 20-dən çox ixtisasa hamilik edir. Bu günkü konfransda muxtar respublikanın ali təhsil müəssisələrində turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri də iştirak edirlər.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində son illər mədəni irsimizin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, beynəlxalq elmi tədbirlərin və idman yarışlarının keçirilməsi, həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına əsaslı təsir etmiş, muxtar respublikaya gələn turistlərin sayının artmasına səbəb olmuşdur. 2018-ci il üçün Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunması qədim diyara daha çox turistlərin gələcəyindən xəbər verir.

Ardını oxu...

Şahbuzun möcüzəli təbiəti qış turizmi üçün də əlverişlidir

Turizmin inkişafında əsas şərt

Turizmin inkişafında ən vacib şərtlərdən biri infrastrukturdur. Bu gün ölkəmizdə turizm üçün çox əlverişli kəndlər var ki, həmin kəndlərdə infrastruktur, xüsusilə də yol təchizatı müasir tələblərə cavab vermədiyindən orada turizmi inkişaf etdirmək olmur. Lakin bu, Naxçıvanda tamamilə fərqlidir. Artıq muxtar respublikamızda çox az sayda kəndlərimiz qalıb ki, onların da abadlaşdırılması mərhələli şəkildə həyata keçirilməkdədir. 

Şahbuz muxtar respublikamızda sosial-iqtisadi inkişafdan bəhrələnən rayonlarımızdan biridir. Dağlıq ərazidə yerləşən bu bölgədə illər öncə bərbad yollar, Sovetlər Birliyi dövründən qalma köhnə, yararsız binalar burada miskin bir görkəm yaratmaqla yanaşı, əhalinin həyat şəraitini də həddən artıq çətinləşdirmişdi. 

Muxtar respublikamızda aparılan quruculuq işləri, əsasən, ucqarlardan başladığından Şahbuz rayonu da uzun bir yeniləşmə dövrünə qədəm qoydu. Bu gün rayonun ən ucqar kəndlərinə uzanan yollar abadlaşdırılıb, yeni təhsil, səhiyyə, mədəniyyət, ticarət obyektlərinin müasirliyi, gözoxşarlığı Şahbuzun möcüzəli təbiəti ilə bir harmoniya yaradıb. Elə bu da ucqar dağ rayonunda turizmin inkişafı üçün stimul olub. İndi rayona gələn turistlər bu harmoniyanı təəccüblə qarşılayır və buradan yüksək təəssüratla ayrılırlar.

Ardını oxu...

Turist-Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri Naxçıvan Turizm İnformasiya Mərkəzində ekskursiyada olublar

Yanvarın 22-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Təhsil və mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2017-2018-ci tədris ili üçün Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Turist-Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri Naxçıvan Turizm İnformasiya Mərkəzində ekskursiyada olublar.

Ekskursiyanın keçirilməsində məqsəd  uşaqların asudə vaxtının səmərəli keçirilməsini təşkil etmək, onlara doğma vətənini sevdirmək, tarixi abidələrlə tanış etmək, tariximizi özündə əks etdirən eksponatlar haqqında məlumat vermək, tariximizi unutmamaq və onu gələcək nəsillərə ötürməkdən ibarətdir.

Mərkəzin böyük məsləhətçisi Pəri İbrahimova Naxçıvan Turizm İnformasiya Mərkəzinin yaradılmasından və onun vəzifələri haqqında dərnək üzvlərinə məlumat verdi. Qeyd edildi ki, mərkəz 2012-ci ildən fəaliyyətini XVII-XVIII əsrlərə aid tarixi Zaviyə-Mədrəsə binasında davam etdirir.

Ardını oxu...

NaxçıvanTurizm İnformasiya Mərkəzinə ekskursiya təşkil olunub

Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Təhsil və mədəniyyət və turizm müəssisələrinin qarşılıqlı fəaliyyətinin səmərəli təşkili ilə bağlı 2017-2018-ci tədris ili üçün Tədbirlər Planı”na uyğun olaraq Naxçıvan Turist-Diyarşünaslıq Mərkəzinin dərnək üzvləri Naxçıvan Turizm İnformasiya Mərkəzində ekskursiyada olublar.

Ekskursiya iştirakçılarına Naxçıvan Turizm İnformasiya Mərkəzinin yerləşdiyi tarixi abidə haqqında, onun yaradılması və  iş funksiyası haqqında   məlumat verilib. Qeyd edilib ki, Mərkəz 2012-ci ildən fəaliyyətini XVII-XVIII əsrlərə aid tarixi abidə olan Zaviyə-Mədrəsə binasında davam etdirir.

Həmçinin o da qeyd edildi ki, Naxçıvan Turizm İnformasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri mərkəzə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır. Mərkəzə müraciət edənlər mehmanxanalar, restoranlar, muzeylər, mağazalar, kirayə verilən evlər, tarix-mədəniyyət abidələri, tur-firmalar, bələdçilər haqqında məlumat əldə edə bilərlər.

Dərnək üzvlərinə Mərkəzin üç dildə - Azərbaycan, ingilis, rus dillərində fəaliyyət göstərən internet səhifəsi haqqında da məlumat verildi. Bildirilib ki, səhifəyə daxil olmaqla Naxçıvan Muxtar Respublikasının turizm potensialı, turizmin növləri, mədəniyyətimizi və tariximizi özündə əks etdirən məlumatlarla ətraflı tanış olmaq olar.

Ardını oxu...

Şərq memarlığının inciləri – Naxçıvan türbələri

Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəz­lərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Bununla bağlı ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünyamiqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Bu gün həmin abidələr dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub, son 21 ildə muxtar respublikada 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib, 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb. Həmin abidələr arasında Naxçıvan memarlıq məktəbinin inciləri olan türbələr xüsusi yerə malikdir. Bu türbələrin beynəlxalq miqyasda tanıdılması üçün işlər davam etdirilir. Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı olması da buna geniş imkanlar açır. Naxçıvan türbələrinin İslam Mədəniyyəti İrsi Siyahısına daxil edilməsi üçün sənədlər toplusu artıq ISESCO-ya təqdim edilib.

Yüksək bədii təfəkkür məhsulu, nadir gözəllik və zəriflik abidəsi – Möminə xatın məqbərəsi

Azərbaycan memarlığının ən nadir və unikal abidələrindən biri Möminə xatın məqbərəsidir. Bu abidə 1186-cı ildə görkəmli memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilib.

Möminə xatın Azərbaycanın diplomat qadınlarındandır. O, Atabəylər dövlətinin xarici və daxili siyasətində həyat yoldaşının və övladlarının yaxın köməkçisi olub. Elə bu sədaqətinə görə ömür-gün yoldaşı Şəmsəddin Eldəniz onun məzarı üzərində əzəmətli məqbərə tikdirmək qərarı verib.1175-ci ildə məqbərənin özülü qoyulub. Şəmsəddin Eldəniz Atabəy dünyadan köçəndən sonra məqbərənin inşası onların sədaqətli oğlu Məhəmməd Cahan Pəhləvan tərəfindən başa çatdırılıb.

Tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Möminə xatın məqbərəsi ilə bağlı aparılan araşdırmalar haqqında” məqaləsində yazır ki, bu abidə çox zərif və yüksək bədii təfəkkür məhsuludur. Məhz buna görə də ona tamaşa etməyə gələni öz cazibəsində saxlaya bilir. Çünki məqbərədə riyazi təfəkkürlə bədiiliyin vəhdəti duyulur. Abidəyə həndəsi ornamentlər böyük ustalıqla həkk edilib. Xarici səthləri bir-birindən ayıran tillərin memarlıq bölgüsünün dəqiqliyinə heyran qalmaya bilmirsən. Möminə xatın türbəsini inşa edən Memar Əcəmi kufi xətli kitabələri həndəsi sistemləri xatırladan mürəkkəb naxış şəbəkələrinə uyğunlaşdırıb. Bütün bunlar abidənin ümumi kompozisiyasını tamaşaçıya sevdirə bilir. Həmin kufi xətli kitabələrdən biri bizi xəyalən on ikinci yüzilliyə aparır: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.

Ardını oxu...

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunub

Naxçıvanda tələbələrin Xanəgah Abidə kompleksinə ekskursiyası təşkil olunubDekabrın 6-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetində və “Naxçıvan” Universitetində turizm və otelçilik ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Xanəgah Abidə Kompleksinə ekskursiyası olub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov tələbələrə məlumat verərək bildirib ki, 2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizm inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə Nazirlikdə də Tədbirlər planı hazırlanmış, turizmin inkişafı və təbliği istiqamətində bir sıra işlər görülmüşdür. Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi istiqamətində işlər ardıcıl olaraq davam etdirilir. Nazirliyin və Naxçıvan Turizm İnformasiya Mərkəzinin 27 sentyabr – Ümumdünya Turizm Günü münasibətilə “Ümumdünya Turizm Günü. Naxçıvanı təqdim edirik” başlığı altında keçirdiyi internet aksiyada qədim diyarın turizm imkanları ilə bağlı 10 bölmə üzrə 1000-ə yaxın foto və 150-dən çox videoçarx paylaşılmışdır.

Ardını oxu...

01070366
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
10
113
4449
10569
1070366

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: