"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanın istehsal, təhsil və mədəniyyət müəssisələri Almaniya Federativ Respublikasının səfirində xoş təəssüratlar yaradıb

Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab aprelin 18-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın istehsal, təhsil, mədəniyyət müəssisələri ilə tanış olub. 

Əvvəlcə Almaniyanın səfiri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərində ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olub.

Səfir Mixael Kindsqrab Naxçıvan Biznes Mərkəzinə gələrək muxtar respublikada istehsal olunan məhsullardan ibarət guşələrə baxıb. Məlumat verilib ki, mərkəzin əsas fəaliyyət sahəsi sa­hibkarların maarifləndirilməsi, iş adamlarına ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, dünya və ölkə iqtisadiyyatındakı yeniliklər, sahibkarların yeni iş təcrübələri, marketinq fəaliyyəti, reklam işi, dünya maliyyə sistemindəki vəziyyət və dəyişikliklər barədə məlumat verməkdir.

Ardını oxu...

Babək rayonunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 18 aprel – Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub.

Tədbiri giriş sözü ilə Babək rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Samir Xudanova açaraq bildirib ki, YUNESKO-nun Abidələrin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında əsas məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdir.

Ardını oxu...

“Naxçıvan” Universitetində tələbələrlə görüş keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə bağlı müvafiq nazirliklərdə, komitələrdə və təşkilatlarda tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planı çərçivəsində ali təhsil ocaqlarında, o cümlədən “Naxçıvan” Universitetində görüşlər keçirilir.

Bu çərçivədə aprelin 18-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşlarının "Naxçıvan" Universitetinin turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələri ilə görüşü olub.

Ardını oxu...

Tarix və memarlıq abidələri milli sərvətimizdir

YUNESKO-nun Abidələrin Mühafizəsi Məsələləri üzrə Beynəlxalq Şurasının qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. 

Tarixi abidələr hər bir xalqın konkret coğrafi məkanda min illər, əsrlər boyu formalaşdığını, təşəkkül tapdığını təsdiq edən yeganə mənbələrdir. Müdriklərimiz demişkən, rəvayətlər susanda və əlyazmalar itəndə daşlar danışır. Azərbaycan xalqının qədim mədəni sərvətləri içərisində tarix və memarlıq abidələri xüsusi yer tutur. Azərbaycan mədəniyyətinin əhəmiyyətli nümunələri olan bu abidələr mədəniyyət tariximizin öyrənilməsində mühüm mənbələrdən sayılır. Tarix və mədəniyyət abidələrimiz xalqımızın minilliklər boyu bu torpaqlarda yaşadığını sübut edən, maddi və mənəvi həyatımızın, tariximizin daşlaşmış yadigarlarıdır.

Ardını oxu...

Azərbaycanın zərbxanalarına səfər

Naxçıvanın orta əsr tarixinin mühüm aspektləri illərdir ki, aşkar olunmuş numizmatik kəşflər və arxeoloji xəzinələrdə əks olunmuşdur. Orta əsrlərə aid Naxçıvanqala, Ərəzin yaşayış məskəni və Naxçıvan xanlarının zərbxanaları Azərbaycanın yerli iqtisadiyyatı və İpək Yolu ticarət marşrutunun inkişafında mühüm rol oynayan nadir mədəni abidələrdəndir. 
Naxçıvanqala Naxçıvan şəhərində müdafiə divarları ilə möhkəmləndirilmiş istehkam kompleksidir. Hökmdar və feodal hakiminin əsas iqamətgahı olan qalada saray, xəzinə, inzibati və təsərrüfat binaları yerləşirdi. Qala müdafiə istehkamı kimi XVII əsrə qədər mövcud olmuş və Səfəvi-Osmanlı müharibələri zamanı güclü dağıntıya məruz qalmışdır. 

Orta əsrlərdən bəri Azərbaycanın Naxçıvan bölgəsi mühüm ticarət mərkəzi olmuş, ərazi qızıl-gümüş pulların hazırlanması və zərb edilməsi mərkəzi kimi tanınmışdır. Fransız alimlərinin araşdırmaları və tarixi mənbələrə əsasən bugünkü Naxçıvan şəhərinin şimal hissəsi mühüm ticarət və sənətkarlıq mərkəzi olmuşdur. İran və Gürcüstanın müxtəlif şəhərləri, Bolqarıstan və Qara dəniz limanları, Kiçik Asiya şəhərləri ilə ticarət əlaqələrinin möhkəmləndirilməsi məqsədilə burada mühüm ticarət müqavilələri razılaşdırılaraq icra edilmişdir. Əmtəə istehsalının artımı və ticarətin inkişaf etməsi Naxçıvanda pul dövriyyəsi və pul istehsalı prosesinə də təsir etmişdir. Naxçıvana xas xüsusiyyətləri üzərində əks etdirən numizmatik materiallardan məlum olur ki, Böyük İpək Yolu üzərində yerləşən Naxçıvan Şərq və Qərb ticarət əlaqələrində strateji rol oynamış və XI-XII əsrlərdə regional ticarət əlaqələrinin daha da yaxşı inkişafına köməklik etmişdir.

Ardını oxu...

Kəngərli rayonunda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub

Dünən Kəngərli rayonunda Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə Şahtaxtı  kəndində yerləşən Şahtaxtinskilər muzeyinin qarşısında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə "Tarixi abidələrimizi qoruyaq" mövzusunda tədbir keçirilib.

Tədbiri rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məhərrəm Əliyev açaraq bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, tarixi abidələr keçmişdən gələcəyə körpü rolunu oynayır. Ulu babalarımızın bizə yadigar qoyduğu tarixi abidələrimiz Azərbaycan xalqının qədim mədəniyyətinin göstəricisidir. Çünki hər bir tarixi abidə məxsus olduğu dövrün mədəni mühitini, təfəkkür və düşüncə tərzini özündə yaşadır. YUNESKO-nun qərarı ilə 1982-ci ildən etibarən hər il aprelin 18-i dünyada “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd insanların diqqətini tarixi abidə və yerlərin qorunmasına yönəltməkdən ibarətdir.

Ardını oxu...

00366116
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
270
496
2377
5260
366116

Tarix: 18-11-2019
Biz, sosial şəbəkələrdə: