"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi abidələrlə, mədəniyyət və təhsil müəssisələri ilə tanış olublar

Martın 16-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin 6 rayonundan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.

Məktəblilər əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət ediblər.

Sonra şagirdlər Heydər Əliyev Muzeyinə gələrək buradakı eksponatlarla tanış olublar. Məlumat verilib ki, bu gün muzeyin fondunda ulu öndərin həyat və fəaliyyətini əks etdirən 4 min 600-dən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb.

Ardını oxu...

“Əl-Fəcr” qəzetində Naxçıvan barədə məqalə dərc olunub

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetində Naxçıvan haqqında məqalə dərc olunub. Qəzetin baş redaktoru Şərif Əl-Bəsilin Naxçıvan Muxtar Respublikası haqqında silsilə məqalələrinin davamı olaraq martın 13-də “Əl-Fəcr” qəzetində bir səhifə həcmində dərc olunan və fotoşəkillərin yerləşdirildiyi “Təbiət əfsanəsi. Onun sehri Batabat yaylağı və üzən adasındadır” sərlövhəli məqaləsi böyük maraqla qarşılanıb.

Məqalənin müqəddiməsində qəzetin baş redaktoru qədim tarixi, təbii sehri, məftunedici həyatiliyi, eləcə də tarixi, dini, antropoloji, mədəni və turizm abidələri ilə zəngin Naxçıvan Muxtar Respublikasını bir dəfə ziyarət etməyin kifayət olmadığını oxucuların diqqətinə çatdıraraq, hər dəfə bu gözəl məkana qayıtmağın yeniliklərin kəşfi ilə yadda qaldığını qabardır. Naxçıvanı tərk etdikdən sonra burada mövcud sehrin, cazibədarlığın və gözəlliyin insanı növbəti səfər barədə düşündürdüyünü və burada dünya miqyasında çox da olmayan nadir incilərdən daim zövq almağın mümkünlüyünü vurğulayır.

Eyni zamanda Şərif Əl-Bəsil Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun rəhbərliyi altında qısa vaxt kəsimində bu möhtəşəm diyarda hərtərəfli inkişafın, müasir infrastrukturun nəzərə çarpdığını qeyd edir və bütün bunların xaricdən, xüsusən də ərəb ölkələrindən turistlərin cəlb edilməsi işində müstəsna addımlar olduğunu vurğulayır.

Ardını oxu...

Peter Tase: Azərbaycan: Şərur rayonu regional arxeoloji turizmin əsas simvoludur

Amerika Birləşmiş Ştatlarının "Foreign Policy News" qəzetində tədqiqtçı jurnalist Peter Tasenin “Azərbaycan: Şərur rayonu regional arxeoloji turizmin əsas simvoludur” sərlövhəli məqaləsi dərc olunub.

Məqalədə qeyd olunur ki, Qafqaz regionunun əsas turistik məkanlarından olan Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda zəngin arxeoloji ərazilər, mədəniyyət abidələri və qalalar vardır. Bu ərazilərdəki VIII əsrə aid qədim keramika nümunələri mühüm tədqiqat materiallarıdır. Şərur rayonundakı Ağbucaq yaşayış yeri və onun nekropolu, Axaməd tarixi ərazisi və Şahbuz rayonundakı Ağdaban qalası Naxçıvanın qədim yaşayış yerlərindəndir.

Şərur rayonunun Axura kəndinin qərb hissəsində “Ağbucaq” arxeoloji abidəsi yerləşir. Yaşayış yeri çox da hündür olmayan təpənin üzərini və onun ətrafını əhatə edir. Bu ərazidə son antik dövrə aid çəhrayı rəngli keramika par- çalarına rast gəlinib. Bu gün əraziyə səfər edənlər yaşayış yerində qədim tikinti qalıqları ilə qarşılaşa bilərlər. Tikinti qalıqları vaxtilə burada yaşayış binalarının olduğunu təsdiq edir. Ərazidən aşkar olunmuş keramika məmulatları Ağbucaq yaşayış yerinin e.ə.V-IV əsrdə yarandığını təsdiq edir.

Şərur rayonunun Axura kəndində konusvarı təpənin üzərində Ağbucaq nekropolu yerləşir. Qəbirlər daş qutu tiplidir. Qəbirlərin yan divarları yastı sal daşlarla qurulmuş, üzərləri isə eynitipli daşlarla örtülmüşdür. Çox təəssüf ki, nekropollar ərazidə kənd təsərrüfatı işləri aparılarkən tamamilə dağıdılmışdır. Nekropolların yerləşdiyi ərazidən yalnız bir neçə çəhrayı rəngli keramika parçaları aşkar olunmuşdur. Bu keramika nümunələri son antik dövr üçün xarakterikdir. Ərazidə aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, nekropolda həmçinin küp qəbirlərdə dəfnetmə adəti də olmuşdur. Tədqiqatlar zamanı nekropolun şərq tərəfindən iri küp parçası tapılmışdır. Arxeoloji materiallara əsasən nekropolu e.ə. II əsrə aid etmək olar.

Ardını oxu...

"Naxçıvan Muxtar Respublikasında dini və sağlamlıq turizminin inkişaf imkanları" mövzusunda konfrans keçirilib

Fevralın 21-də M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "Naxçıvan Muxtar Respublikasında dini və sağlamlıq turizminin inkişaf imkanları" mövzusunda konfrans keçirilib.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov açaraq bildirib ki, ölkəmizdə turizm sahəsinin inkişafı ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Məhz dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrdə bütün Azərbaycan təbiətinin qorunması, dövlət əhəmiyyətli qoruqların yaradılması və mühafizə edilməsi, qədim maddi-mədəniyyət abidələrinin tədqiqi, onların bərpa edilib respublikamıza gələn turistlərə təqdim edilməsi sahəsində mühüm işlər həyata keçirilib.

Vurğulanıb ki, Naxçıvanın qədim tarixə və zəngin mədəniyyətə malik olması, yüksək qonaqpərvərlik ənənələri, zəngin təbiəti, özünəməxsus mətbəxi, regionun hər yerində, hətta ən ucqar dağ kəndlərində belə, müasir infrastrukturun yaradılması muxtar respublikada turizmin inkişafını sürətləndirib. Bu gün diyarımızın turizm potensialının təbliği istiqamətində ardıcıl iş aparılır. Naxçıvanın tarixi, mədəniyyəti, turizm marşrutları, mətbəxi, adət-ənənələri ilə bağlı onlarla adda reklam-informasiya materialları hazırlanıb, reklam çarxları və filmlər çəkilib.

Ardını oxu...

Turizmlə bağlı qarşıya qoyulan tapşırıqlar uğurla icra olunur

2016-cı il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə tədbirlər planı hazırlanmış, turizmin inkişafı məqsədilə mühüm işlər görülmüşdür.  

Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 76 dövlət orqanının saytında Naxçıvan portalının, 94 dövlət orqanının saytında Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilmiş və keçidlər verilmişdir. Bundan əlavə, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunmuşdur. Hesabat dövründə Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsi 3 dildə – Azərbaycan, rus və ingilis dillərində yenidən işlənmiş, muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilmişdir.

Ardını oxu...

Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başladı

Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlamışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: 2016-cı il fevralın 23-də Tehran şəhərində “Azərbaycan Respublikası hökuməti ilə İran İslam Respublikası hökuməti arasında Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında” Saziş imzalanmışdır. İki dost və qonşu ölkə arasında əlaqələrin daha da dərinləşməsinə yönəlmiş həmin sazişə əsasən bu gün Naxçıvan-Təbriz-Tehran-Məşhəd sərnişin qatarı fəaliyyətə başlayır. 

Ali Məclisin Sədri yeni sərnişin qatarının istifadəyə verilməsi münasibətilə mərasim iştirakçılarını və istifadəçiləri təbrik edərək demişdir: Azərbaycan və İran xalqlarını tarix, mədəniyyət və ortaq dəyərlər birləşdirir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bu dəyərlərin inkişafına daim mühüm əhəmiyyət verirdi. Qeyd etmək xoşdur ki, bu gün dövlət başçılarının iradəsi ilə ikitərəfli münasibətlərimiz yeni mərhələyə yüksəlmişdir. Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ilə İran və onun yaxın vilayətləri arasında imzalanan sənədlər, əldə olunan razılıqlar, münasibətlərimizin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu imkanları nəzərə alaraq demişdir: “İranla Azərbaycan arasında olan münasibətlər çox sürətlə inkişaf edir. Siyasi, iqtisadi, humanitar və digər sahələrdə bizim aramızda əməkdaşlığın əməli nəticələri vardır”.

Ardını oxu...

01063072
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
256
340
2888
3275
1063072

Tarix: 07-11-2024
Biz, sosial şəbəkələrdə: