Naxçıvan Muxtar Respublikasında xalqımıza məxsus milli və mənəvi dəyərlərin, folklorumuzun, adət-ənənələrimizin, o cümlədən milli mətbəx nümunələrimizin qorunub saxlanılmasına, onun təbliğ edilməsinə, yaşadılmasına böyük diqqət göstərilir.
Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamı bu sahənin inkişafına göstərilən dövlət qayğısının bariz nümunəsidir. Sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə muxtar respublikada xalq yaradıcılığı ilə bağlı silsilə tədbirlər təşkil olunur. Aprelin 8-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində başlanan və iki gün davam edən “Kətə” festivalı da muxtar respublikanın şəhər və rayonlarına xas müxtəlif çeşidli kətə növlərinin və onların hazırlanması qaydalarının nümayişi baxımından olduqca əhəmiyyətli hadisə olub.
Aprelin 8-də Bakı Ekspo Mərkəzində “Iteca Caspian” və “ITE Group” şirkətləri tərəfindən təşkil olunan 16-cı Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2017” sərgisi yekunlaşdı. Sərgidə 90-a yaxın turizm istiqamətini təqdim edən 22 ölkədən 272 şirkət iştirak edirdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “AITF 2017” sərgisini ziyarət etməsi tədbirin bütün iştirakçıları üçün mühüm hadisəyə çevrildi. Bu ziyarət regionun müasir turizm bazarının ümumi mənzərəsini əks etdirən aparıcı beynəlxalq sərginin yüksək statusunu bir daha təsdiq edir.
Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sərginin açılış mərasimindəki çıxışında əvvəlki sərgilərdən fərqli olaraq daha ünvanlı əhatə dairəsi və dolğunluğu ilə seçilən “AITF 2017” sərgisinin mühüm rolunu qeyd etdi. Sərginin ən yaxşı ekspozisiyaları Azərbaycan turizminin yeni inkişaf mərhələsini diqqətə çatdırmaqla yanaşı, zamanın reallığını əyani şəkildə əks etdirir.
Festivalın açılışı bu gün saat 12:00-da “Naxçıvanqala”da olacaq.
Festivalda muxtar respublikada fəaliyyət göstərən ictimai-iaşə obyektlərinin, kətə istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin hazırladığı kətə çeşidlərinin satışı təşkil ediləcəkdir.
Həmçinin festival boyu Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı, Naxçıvan Musiqi Kollecinin “Qədim musiqi alətləri” və “Gənclik” instrumental ansamblları, Naxçıvan şəhər Mədəniyyət və Turizm Şöbəsinin “Şəlalə” instrumental ansamblı, Naxçıvan Aşıqlar Birliyinin aşıqları və “Şərur” Xalq Yallı Ansamblı tədbirdə çıxış edəcək.
Qeyd edək ki, 2016-cı il ərzində “Naxçıvanqalada” bir neçə adda - “Yaradıcı əllər”, “Göycə”, “İstedadlı uşaqlar”, “Plov”, “Yallı”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları - Bal” festivalları keçirilib.
İslam aləmində özünəməxsus mövqeyə malik Azərbaycanın mövcud potensialı və gerçəkləşdirdiyi genişmiqyaslı müasir infrastruktur layihələri idman oyunlarının sağlam rəqabət və dostluq şəraitində təşkili üçün əlverişli zəmin yaradır. Birinci Avropa Oyunlarından sonra ölkəmizdə növbəti, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışların keçirilməsi isə həm də Azərbaycan Respublikasının tolerantlıq və multikulturalizm prinsiplərinə bağlılığının bariz nümunəsidir. Bu yarışların ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda təşkil edilməsi idman şöhrətimizi artıracaq, beynəlxalq nüfuzumuzu daha da möhkəmləndirəcəkdir.
Qeyd edək ki, 2013-cü ilin iyulunda Bakı İslam dünyasını birləşdirən idmanın çox növü üzrə möhtəşəm tədbir – “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək şəhər elan olunub.
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çərçivəsində ölkəmizdə təşkil edilən “Xəzərdən başlayan su səyahəti”nin ilk dayanacağı aprelin 7-də Naxçıvan Muxtar Respublikası olub və “Xəzərdən başlayan su səyahəti”nin Naxçıvan mərhələsinə start verilib.
Aprelin 7-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Naxçıvan mərhələsinə start verilib.
Serqqapisi.az xəbər verir ki, muxtar respublikada səhayətin ilk ünvanı Şahbuz rayonundakı Batabat gölü olub. Göl Naxçıvan şəhərindən şimal istiqamətində bir saatlıq məsafədə yerləşir. Çəmənliklərin əhatə etdiyi bu əsrarəngiz dağ gölü dumduru, saf suyu ilə tanınır. Göldəki üzən torf adacıqları yerini gündə iki-üç metr dəyişir.
Batabat gölünə axan Naxçıvanın məşhur Zor bulağından su götürülüb və səyahət iştirakçıları Naxçıvan şəhərinə yola çıxıblar.
Saat 12:00-da Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində “Domestic Grassroots” proqramı çərçivəsində regionlarda IV İslam Həmrəyliyi Oyunlarının təbliği məqsədilə məktəblilər arasında əyləncəli idman yarışlarına start verilib. Axşam saatlarında isə şəhərin mərkəzində - Heydər Əliyev prospektində “Su festivalı” keçiriləcək, konsert proqramı təşkil olunacaq.
Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində “AITF-2017” XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər və “HOREX Caucasus-2017” XI Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgiləri ilə tanış olublar.
Bu ilki sərgidə 22 ölkəni təmsil edən 272 şirkət iştirak edir. Ziyarətçilər 90-dan artıq xarici turizm istiqaməti, eləcə də ölkə daxilində istirahət imkanları ilə tanış ola biləcəklər. Sərgidə 17 milli və regional stend təmsil olunur.
Azərbaycanın qədim diyarı olan Naxçıvan da sərgidə geniş təmsil olunur. Stenddə muxtar respublikadakı otellər və istirahət mərkəzləri barədə ətraflı məlumat verilir. Naxçıvan özünün qədim tarixi və müasir siması ilə turistlərin diqqətini cəlb edir. İlbəil artan turist sayı da bunu təsdiqləyir. Əsasən qonşu dövlətlərdən – İran və Türkiyədən gələn turistlər çoxluq təşkil edir.