"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda "Göycə" Festivalı keçiriləcək

Hörmətli Naxçıvanlılar və şəhərimizin qonaqları!

3-ü və 4-ü iyun 2017-ci il tarixdə  Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi “Göycə” festivalı keçiriləcək. Festivalda dadı və tamı ilə seçilən Naxçıvan göycəsinin sərgi-satışı təşkil olunacaq.

İyunun 3-ü saat 11:00-da başlayacaq festivalda rəngarəng ifa və rəqslər, Naxçıvan Dövlət Filarmoniyasının konserti təşkil olunacaq.

Ardını oxu...

Əfqan Rəsulun solo konserti olmuşdur

Mayın 25-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında həmyerlimiz, istedadlı pianoçu Əfqan Rəsulun solo konserti olub.

Konsertdən əvvəl aparıcı tanınmış pianoçu, IX Respublika müsabiqəsinin, 2009-cu il Beynəlxalq Caz festivalının laureatı, İsveçrənin “Montrex Caz” müsabiqəsinin finalçısı Əfqan Rəsul haqqında qısaca məlumat vermişdir.

Bildirilib ki, Əfqan Rəsul 1982-ci il noyabrın 25-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1998-ci ildə Naxçıvan şəhər Uşaq İncəsənət məktəbinin fortepiano ixtisasını bitirmiş. 2000-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olmuş,2008-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir.

Ardını oxu...

İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi kitabxana işində kadr hazırlığına böyük töhfə verəcəkdir

Mayın 23-də Naxçıvan Musiqi Kollecində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” adlı kitabının müzakirəsi keçirilmişdir.

Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru  Aytəkin Qəhrəmanova açmışdır. Kitabxananın xidmət şöbəsinin müdiri Dilarə Əliyeva “Azərbaycan Ərəb Xilafətinin tərkibində”, metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova “Azərbaycan dövlətləri və onların qarşılıqlı münasibətləri”, kitabxanaçı  Zeynəb Sadıqova  “Ərəb işğalının Azərbaycan əhalisinin dilinə, etnik tərkibinə və dini görüşlərinə təsirinə dair”, baş kitabxanaçı Şövkət Məmmədova “Ərəb hakimiyyəti dövründə Azərbaycanın hüdudları, şəhərləri, digər yaşayış məskənləri və yolları” adlı mövzularla çıxış etmişdirlər.

Ardını oxu...

Növbəti "Nağıl günü" keçirilib

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının kollektivi uşaq bağçalarında keçirilən ənənəvi "Nağıl günləri"ni davam etdirirlər. Kitabxana kollektivi mayın 23-də Naxçıvan şəhərindəki 3 nömrəli uşaq bağçasında olmuş, uşaqlara "Qazların duası" nağılını danışmışlar.

Sonra onlar nağıl ətrafında uşaqlarla sual-cavab, müzakirə aparmış, uşaqlara nağılın mahiyyətini göstərərək ağılın hiyləyə həmişə qalib gəldiyini ətraflı çatdıra bilmişlər.

Ardını oxu...

Pianoçuların IX Respublika Müsabiqəsinin laureatı (I yer), 2005-ci il Beynəlxalq Jazz festivalının laureatı, İsveçrənin Montrex Jazz müsabiqəsininin finalçısı Əfqan Rəsulun solo konserti olacaq

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə pianoçuların IX Respublika Müsabiqəsinin laureatı (I yer), 2005-ci il Beynəlxalq Jazz festivalının laureatı, İsveçrənin Montrex Jazz müsabiqəsininin finalçısı Əfqan Rəsulun 25 may 2017 ci il tarixdə saat 17:00-da solo konserti keçiriləcəkdir.

Konsertdə Amerika Jazz musiqisi ilə yanaşı Xalq mahnıları və Azərbaycanın görkəmli bəstəkarlarının əsərləridə Jazz üzlubunda dinləyicilərə təqdim olunacaqdır.

Qeyd edək ki, Əfqan Rəsul 1982-ci il noyabrın 25-də Şərur rayon Şahtaxtı kəndində anadan olmuşdur. 1991-ci ildə Naxçıvan şəhər Uşaq İncəsənət məktəbinin fortepiano şöbəsinə qəbul olmuş, 1998-ci ildə həmin məktəbi bitirmişdi.2000-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olmuş, 2004-ci ildə fərqlənmə ilə bitirmişdir.2004-cü ildə Bakı Musiqi Akademiyasına qəbul olmuş, 2008-ci ildə fərqlənmə ilə bitirmişdir.

Ardını oxu...

“Muxtar respublikamızı tanıyaq” mövzusunda keçirilən foto-müsabiqənin qalibləri mükafatlandırılacaq

May ayının 24-də Naxçıvan Turizm İnformasiya Mərkəzində “Muxtar respublikamızı tanıyaq” mövzusunda keçirilən foto-müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək. Müsabiqə iştirakçılarını tədbirdə iştirak etməyə dəvət edirik.

Qeyd edək ki, 01 yanvar  2017-ci il tarixdən 30 aprel 2017-ci il tarixədək muxtar respublikada Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə “Muxtar respublikamızı tanıyaq” başlığı altında “Ən yaxşı Naxçıvanın təbiəti fotoşəkli”, “Ən yaxşı memarlıq abidəsi fotoşəkli” və “Ən yaxşı mədəni irs nümunəsi fotoşəkli” nominasiyaları üzrə foto-müsabiqə keçirilmişdir.

Müsabiqənin keçirilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılması, gənclərin təbliğat işində fəallığının artırılması, iştirakçıların bacarıqlarının və ideyalarının üzə çıxarılması və ictimaiyyətin məlumatlandırılmasından ibarətdir.

Müsabiqəyə 43 iştirakçı müraciət etmiş və üç nominasiya üzrə ümumilikdə 300 fotoşəkil təqdim edilmişdir.

Ardını oxu...

00823914
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
302
143
760
4815
823914

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: