"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan Muxtar Respublikasının müalicə turizm potensialı” mövzusunda maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Naxçıvan Muxtar Respublikasının müalicə turizm potensialı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Dövlət Miqrasiya Xidmətinin əməkdaşı Nərmin Səfərova açaraq belə tədbirlərin əhəmiyyətindən ­danışıb.

Görüşdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Ayaz Əliyev çıxış edərək muxtar respublikanın müalicə turizmi potensialından bəhs edib.

Slaydlarla müşayiət olunan çıxışda bildirilib ki, muxtar respublikada müalicə turizminin inkişafı üçün də geniş imkanlar vardır. Duzdağ Fizioterapiya Mərkəzində tənəffüs yolları xəstə­liklərindən əziyyət çəkənlər üçün müasir şərait yaradılıb. Buraya hər il müxtəlif ölkələrdən yüzlərlə insanın müalicəyə gəlməsi həm də onun turizm əhəmiyyətini artırır. Darıdağ Arsenli Su Müalicəxanası da müalicə turizmi sahəsində böyük imkanlara malikdir. Azərbaycanın mineral su ehtiyatlarının 60 faizi muxtar respublikanın payına düşür. Süfrələrin bəzəyi olan “Badamlı” və “Sirab” artıq çoxdan ölkəmizdən kənarda da şəfalı sular kimi şöhrət tapıb.

Ardını oxu...

Şahbuz rayonunda “Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilib

İyulun 20-də Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Kükü kənd sakinlərinin iştirakı  ilə “Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Mübariz Əliyev qeyd etmişdir ki, turizm artıq bütün dünyada ən gəlirli sahələrdən biri kimi geniş və sürətlə inkişaf edən iqtisadi sektordur. Onun davamlı olaraq inkişaf etməsi və genişlənməsi bu sahəni sosial-iqtisadi tərəqqidə aparıcı qüvvəyə çevirib. Bu, özünü yeni iş yerlərinin yaradılması, turizmlə bağlı müəssisələrin və infrastrukturun qurulmasında göstərir. Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən və zəngin təbii resurslara malik olan Azərbaycanda da bu sahənin inkişafı diqqət mərkəzindədir. 

Naxçıvan Muxtar Respublikasının da geniş turizm potensialı vardır. Qədim diyarda tarixi-mədəni turizmlə yanaşı, turizmin ekoloji, ziyarət, müalicə, dağçılıq və digər növlərinin inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. Muxtar respublika kəndlərinin çoxu coğrafi baxımdan dağlıq ərazilərdə, çay vadilərində yerləşir. Münbit torpaq, saf su, təmiz hava, zəngin dərman bitkiləri, bol günəş – bütün bunlar ekoloji turizmin inkişafı üçün zəngin təbiət sərvətləridir.

Ardını oxu...

“Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilib

İyulun 19-da Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Milax kənd sakinlərinin iştirakı  ilə “Kənd yaşıl turizmin imkanları və perspektivləri” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Culfa Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Pərvin Həsənov  turizm, onun mahiyyəti, inkişafı, sahələri və Culfa rayonunun turizm potensialı haqqında məlumat vermişdir.

Qeyd olunmuşdur ki, Culfa rayonu dini, maddi-mədəniyyət abidələri, qədim tarixi, rəngarəng təbii müxtəlifliyi və unikal müalicə məkanları ilə zəngin  olduğundan mütəmadi olaraq turistlərin diqqətini cəlb edir. Rayon ərazisində yerləşən “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, “Gülüstan” Tarix-Mədəniyyət Qoruğu, Qazançı və Ləkətağ körpüləri, Xanəgah Abidələr Kompleksi, Ərəfsə və Ərməmməd piri, Darıdağ Arsenli Su Müalicəxanası, zəngin fauna və florası ilə mədəni, dini, ekoloji və müalicə turizminin əsas mərkəzlərinə çevrilmişdir.

Ardını oxu...

Gənclərin ekskursiyası təşkil olunub

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan fəal gənclərin Batabat Astrofizika Rəsədxanası və Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub.

Batabat Astrofizika Rəsədxanasında olan gənclərə bildirilib ki, bu elmi-tətqiqat müəssisəsi 1970-ci ildə dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yaradılmışdır. Rəsədxanada Günəş sisteminin öyrənilməsi sahəsində elmi tədqiqatlar aparılmaqdadır. Rəsədxanada astronometrik müşahidələr də həyata keçirilməkdədir. Qeyd edilmişdir ki, son illər rəsədxanada yeni avadanlıqlar quraşdırılmış və elmi tədqiqatların sahəsi genişləndirilmişdir.

Ardını oxu...

“Naxçıvan göycəsi” festivalının ikinci günündə də festivala maraq böyük olub

İyunun 3-də başlayan ikinci göycə festivalına bu gün də maraq böyük olub.

Səhər saatlarından Naxçıvanqalanın geniş ərazisində yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün bura axın edib.

Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin "Şəlalə", Naxçıvan Musiqi Kollecinin "Gənclik" instrumental  musiqi ansamblının ifaları festival iştirakçılarında xoş ovqat yaradıb.

Ardını oxu...

Bu gün Naxçıvanda Göycə Festivalı keçirilib

Qədim Naxçıvan özünün torpaq və təbii iqlim şəraiti ilə yanaşı əkinçilik və bağçılıq mədəniyyəti ilə də dünyada tanınır. Ötən ildən başlayaraq şəhərin qədim tarixi hissəsi olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Naxçıvan göycəsi” festivalı da muxtar respublikada yetişdirilən, dadı-tamı ilə çox məşhur olan meyvələrin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.

İyunun 3-də başlayan ikinci göycə festivalına maraq böyük idi. Səhər saat 9:00-da artıq Naxçıvanqalanın geniş ərazisində qələbəlik idi. Yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün bura axın edirdi.

Əvvəlcə Naxçıvanqalanın mərkəzində festivalın açılış tədbiri keçirildi. Tədbrin aparıcıları xalqımıza məxsus ənənələrin yaşadılmasında, naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının hələ VII əsrdən bəri yetişdirməyə başladığı göycənin şöhrətinin yayılmasında “Naxçıvan göycəsi” festivalının əhəmiyyətindən danışaraq bildirdilər ki, Naxçıvanda yetişən göycə ilə yanaşı ləziz dadı ilə seçilən alma, armud, qoz, badam, üzüm sortları da yaxşı tanınır. Elə bu səbəbdən də hələ orta əsrlərdən Naxçıvan “meyvə cənnəti” adlandırılıb.

Ardını oxu...

01073838
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
108
148
459
760
1073838

Tarix: 04-12-2024
Biz, sosial şəbəkələrdə: