"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Nikoletta Herman: Naxçıvan təcrübəm mənim Qafqaz regionuna heyranlığımı artırdı

Naxçıvan Muxtar Respublikasının turizm sektoru Azərbaycan Respublikasının mədəniyyət diplomatiyası və milli irsinin əsas komponentlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun başçılıq etdiyi muxtar dövlətin əsas prioritetlərindən biri Naxçıvan Muxtar Respublikasında turizm sənayesini inkişaf etdirməkdir. Qeyd etmək lazımdır ki, Naxçıvanın tarixi abidələri, füsunkar təbiəti, duz şaxtaları və Naxçıvan şəhəri ilə Ordubad rayonunu birləşdirən magistral yolun kənarındakı iri qayalıqlarda Holivud filmlərindəki səhnələri əks etdirən təbii fenomenlər əraziyə səfər etmək istəyən turistlər üçün mükəmməl bir məkandır. Bununla yanaşı avropalı turistlər Naxçıvanda İslam incəsənəti və memarlığının parlaq nümunələrini görə bilərlər. Naxçıvan Qafqaz memarlıq məktəbinin beşiyi və bir çox məşur memarların vətənidir. O memarların fəaliyyəti bir çox Avropa paytaxtlarının inkişafına təsir etmişdir. 

Romadakı "La Sapienza" universitetinin professoru Biancamaria Scarcia Amorettinin fikirincə, Naxçıvan mühüm memarlıq xəzinələri və bugünə qədər qorunub saxlanılan möhtəşəm abidələri ilə İslam incəsənəti və sivilizasiyası ilə maraqlanan alimlər və ziyarətçilər üçün mühüm regiondur. 

Professor Amoretti həmçinin qeyd edir ki, Naxçıvan çox da böyük olmayan ərazini əhatə edir və orta əsr türk müsəlman abidələri ilə zəngindir. Həmçinin həftəlik ucuz qiymətə İstanbuldan Naxçıvana təyyarə reysləri həyata keçirilir. Naxçıvan Muxtar Respublikasında XI-XIV əsrlərlərdə tikilmiş qeyri-adi abidələr bəşər sivilizasiyası üçün çox önəmlidir. Sevindirici haldır ki, Naxçıvan qonşu ölkələr Türkiyə, İran və Gürcüstanla yaxşı əlaqələrə malikdir və bu əlaqələr insanların əraziyə avtobus və avtomobillə səfərlərini asanlaşdırır. Naxçıvanda daxili təhlükəsizlik çox yaxşı təmin olunub. Bu vəziyyət ərazidə turizmin inkişafına, Azərbaycanın mədəniyyət diplomatiya siyasəti layihəsinin möhkəmlənməsinə köməklik göstərəcək. 

Ardını oxu...

“Azərbaycan” turistlər üçün məlumat kataloqunun təqdimat mərasimi keçirilib

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə may ayının 10-dan etibarən ““Azərbaycan” ölkəmizə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində foto müsabiqə həyata keçirib.

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi Qərb Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “”Azərbaycan” ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində hazırladığı “Azərbaycan” turistlər üçün məlumat kataloqunun təqdimat mərasimi keçirildi.

Ardını oxu...

Ekskursiya işinin təşkilində qabaqcıl təcrübənin tətbiqinə həsr olunmuş dəyirmi masa keçirilib

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Rəsm Qalereyasında “Ekskursiya işinin təşkilində qabaqcıl təcrübənin tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.

Muxtar respublikada fəaliyyət göstərən bir neçə muzey əməkdaşının və Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasının I kurs tələbələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı Qumral Məmiyeva açıb.

Dəyirmi masada Heydər Əliyev Muzeyinin direktoru Ramil Oruc­əliyev, Naxçıvan Dövlət Tarix Muzeyinin direktoru Nizami Rəhimov, Hüseyn Cavidin ev-muzeyinin direktoru Bəhruz Axundov, Naxçıvan Dövlət Universitetinin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması kafedrasının müdiri Məmməd Əliyev, Naxçıvan Dövlət Rəsm Qalereyasının direktoru Hökümə Məmmədli, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova və başqalarının iştirakı ilə muzey ekskursiyası işinin təşkili haqqında fikir mübadiləsi aparılıb.

Ardını oxu...

Naxçıvanda turizmin inkişafı diqqət mərkəzindədir

Turizm müşavirəsində qarşıya qoyulan vəzifələr icra olunur

Bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi” ilə bağlı müşavirə keçirilmiş, aid təşkilatlar qarşısında mühüm vəzifələr qoyulmuşdur. Verilən tapşırıqların icrası məqsədilə tədbirlər planı hazırlanmış, turizmin inkişafı məqsədilə mühüm işlər görülmüşdür.  

Muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların hazırlanması və internetdə yerləşdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən 91 dövlət orqanının saytında Naxçıvan portalının və Naxçıvan Turizm İnformasiya Mərkəzinin saytının bannerləri yerləşdirilmiş və keçidlər verilmişdir. Bundan əlavə, muxtar respublikanın turizm potensialını təbliğ edən elektron resursların internetdə yerləşdirilməsini və bu məlumatların daim yenilənməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Turizm İnformasiya Mərkəzinin əməkdaşları üçün seminar təşkil olunmuşdur.

Ardını oxu...

Gənclərin Gülüstan türbəsinə ekskursiyası təşkil edilmişdir

Oktyabrın 24-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ali məktəblərində təhsil alan gənclərin Culfa rayonundakı Gülüstan türbəsinə ekskursiyası təşkil edilmişdir. Ekskursiyadan əvvəl Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin müdiri Əkbər Novruzov çıxış edərək bildirmişdir ki, 18 mart 2016-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı müşavirə keçirilmiş, müşavirədə qarşıya bir çox tapşırıq və vəzifələr qoyulmuşdur. Tapşırıqların icrası məqsədilə hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən gənclərin muxtar respublikanın tarix-mədəniyyət abidələrinə ekskursiyalarının təşkili Nazirlik tərəfindən diqqətdə saxlanılmışdır. Bu günki ekskursiya da bu qəbildən olan tədbirlərdəndir. Qeyd edilmişdir ki, Gülüstan türbəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 7 oktyabr tarixli “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında” Sərəncamı əsasında bərpa edilmişdir. Bərpa işlərindən sonra abidə iyun ayının sonlarında istifadəyə verilmiş və ziyarətçilərin üzünə açılmışdır. Gülüstan türbəsi Azərbaycan xatirə memarlığının dəyərli nümunəsidir. Bildirilib ki, abidə dünya əhəmiyyətlidir və Əcəmi memarlıq məktəbinin yadigarı olmaqla tariximizi yaşadır.

Ardını oxu...

Beynəlxalq Kulinariya Günü qeyd olunub

Oktyabrın 20-də Naxçıvan Dövlət Film Fondunda Beynəlxalq Kulinariya Gününə həsr olunmuş tədbir keçirilib. 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Əkbər Novruzov açaraq əlamətdar günün əhəmiyyətindən danışıb. Vurğulanıb ki, Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi qeyd olunamsı haqda qərar qəbul edib.

Ardını oxu...

01070356
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
0
113
4439
10559
1070356

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: