"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Əməkdar artist, tarzən Zöhrab Axundovun 70 illik yubileyi qeyd olunub

Naxçıvan Musiqi Kollecində Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, tanınmış tarzən Zöhrab Axundovla görüş keçirilib. 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşı, Xalq artisti Kamran Quliyev açaraq Zöhrab Axundovu anadan olmasının 70 illik yubileyi münasibətilə təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb. Qeyd edilib ki, Zöhrab Axund­ov tar ifaçılığı sahəsində seçilən sənətkarlardan olmaqla gənc tar ifaçılarının yetişməsinə böyük zəhmət sərf edib. 

Sonra Naxçıvan Dövlət Filarmoniyasının direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti Elman Əliyev “Zöhrab Axundovun həyat və yaradıcılığı” mövzusunda çıxış edib. Bildirilib ki, Zöhrab Axundov 1946-cı ildə Naxçıvan şəhərində dünyaya göz açıb. Onun atası muxtar respublikanın tanınmış tarzənlərindən olub, həm də bəstəkarlıq edib, gözəl mahnılar müəllifi kimi tanınıb.

Ardını oxu...

Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinə həsr olunmuş konfrans keçirilib

Noyabrın 15-də Ordubad şəhərindəki mədəniyyət evində Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ordubad Şəhər Uşaq Musiqi Məktəbinin 50 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.

Konfransı giriş sözü ilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov açıb.

Ardını oxu...

“Naxçıvan bəstəkarlarının uşaq mahnıları” adlı kitabın təqdimat mərasimi olub

Noyabrın 14-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Bəstəkarlar Təşkilatı Heydər Əliyev Sarayında “Naxçıvan bəstəkarlarının uşaq mahnıları” kitabının təqdimat mərasimi keçirib.

Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Natəvan Qədimova açaraq bildirib ki, mahnı janrı Azərbaycan xalqının musiqi yaradıcılığında ən qədim və sevilən janrlardan biridir.

Ardını oxu...

Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub

Noyabrın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə muxtar respublikanın Bəstəkarlar Təşkilatının birgə keçirdikləri tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu il bəstəkar Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur. Bununla bağlı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2015-ci il 2 dekabr tarixdə Sərəncam imzalayıb. Təsdiq edilmiş Tədbirlər Planına əsasən, muxtar respublikamızda Qəmbər Hüseynlinin 100 illik yubileyi ilə bağlı konfrans və bir sıra tədbirlər keçirilib. Bugünkü yubiley də Tədbirlər Planına əsasən keçirilir.

Ardını oxu...

“Azərbaycan” turistlər üçün məlumat kataloqunun təqdimat mərasimi keçirilib

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə may ayının 10-dan etibarən ““Azərbaycan” ölkəmizə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində foto müsabiqə həyata keçirib.

“Davamlı Turizmin İnkişafına Dəstək” İctimai Birliyi Qərb Universitetində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “”Azərbaycan” ölkəyə gələn turistlər üçün məlumat kataloqunun hazırlanması” layihəsi çərçivəsində hazırladığı “Azərbaycan” turistlər üçün məlumat kataloqunun təqdimat mərasimi keçirildi.

Ardını oxu...

Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsinin 7-ci mərhələsi başa çatıb

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin təşkilatçılığı ilə keçirilən “Xalq mahnı və təsniflərinin ifaçılıq müsabiqəsi – 2016”nın VII mərhələsi Şərur şəhərindəki Mədəniyyət Sarayında keçirilib.

Aparıcılar bildiriblər ki, müsabiqənin əsas turunun birinci mərhələsinə aprel ayının 29-da Naxçıvan şəhərində start verilib. Əsasnaməyə əsasən, müsabiqənin təşkilat komitəsi və muxtar respublikanın tanınmış incəsənət xadimlərindən ibarət münsiflər heyəti yaradılıb. Müsabiqədə iştirak edənlərə yaş həddi və təhsil məhdudiyyəti qoyulmayıb. Müsabiqədə münsiflər heyətinin üzvü olan müəllimlərin öz tələbələrinə səs verməsi məhdudlaşdırılıb. Müsabiqənin gedişində konsertə qədər iştirakçılar həftədə iki dəfə olmaqla, peşəkar müəllimlərin rəhbərliyi altında ansamblla məşq ediblər. Əsas tur ayda bir dəfə olmaqla, 6 mərhələdə və hər mərhələ növbə ilə muxtar respublikanın bir rayonunda təşkil edilib.

Ardını oxu...

00350260
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
181
203
384
3065
350260

Tarix: 17-09-2019
Biz, sosial şəbəkələrdə: