"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizm Departamenti üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tarixi binada fəaliyyət göstərəcəkdir. Sentyabrın 23-də bu münasibətlə tədbir keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Turizm Departamenti üçün müasir iş şəraitinin yaradıldığını bildirmiş, bu münasibətlə kollektivi təbrik edərək demişdir: Bu gün muxtar respublikanın turizm potensialının artırılması istiqamətində lazımi işlər görülür. Tarixi abidələrin bərpası və milli dəyərlərimizin qorunub yaşadılması turizmin inkişafına mühüm töhfə verir. Muxtar respublikanın turizm potensialının tanıdılması və təbliği məqsədilə yaradılmış Turizm Departamentinin nəzdində Turizm-İnformasiya Mərkəzi, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi və Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. Turizm Departamenti və Milli Dəyərlər Muzeyi Naxçıvan şəhərinin qədim tarixi binasında, Turizm-İnformasiya Mərkəzi Zaviyyə-Mədrəsə binasında, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi isə bərpa olunmuş qədim Buzxanada yerləşir. Bütün bunlar muxtar respublikada turizm potensialının düzgün təbliğinə hesablanmışdır. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, muxtar respublikaya turist təşviqi daha da artırılmalıdır.

Ardını oxu...

Muxtar respublikada müalicə turizminin imkanları artırılır

Naxçıvan təbii sərvətlərlə zəngindir. Bu qədim diyarda çoxsaylı faydalı qazıntı yataqları, mineral su mənbələri mövcuddur. Bunun nəticəsidir ki, muxtar respublikamız tarixi və təbiət abidələri ilə yanaşı, həm də belə sərvətləri ilə məşhurdur. Bunlardan biri də müalicəvi xüsusiyyətləri ilə seçilən Darıdağ arsenli mineral suyudur. 

Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkəmizdə müalicəvi suların olduğu yerlərdə səhiyyə ocaqlarının, sanatoriyaların tikilməsi istiqamətində həyata keçirilən tədbirlər 1978-ci ildə Darıdağda da müalicəxananın yaradılmasına imkan verib. Culfa şəhərindən 8-9 kilometr şimal-şərqdə, Darıdağın sıldırım yamacları arasında, dəniz səviyyəsindən 800-900 metr hündürlükdə yerləşən müalicəxananın fəaliyyətində ötən əsrin 90-cı illərində məhdudiyyətlər yaransa da, 2005-ci ildə müəssisə yenidən qurularaq istifadəyə verilib. 

Ötən müddətdə müalicəxana ölkə vətəndaşları ilə yanaşı, xarici ölkələrdən gələnlərin də sağlamlığının bərpa olunmasında mühüm rol oynayıb, müalicə turizminin inkişafına geniş imkanlar açıb. Son dövrlərdə isə muxtar respublikanın səhiyyə sistemində həyata keçirilən tədbirlərin davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 16 oktyabr tarixli Sərəncamı ilə Darıdağ Arsenli Su Müalicəxanası yenidən təşkil edilərək publik hüquqi şəxs statusu alıb.

Ardını oxu...

“CNN arabic” telekanalının rəsmi internet saytında Əshabi-Kəhflə bağlı məqalə yerləşdirilib

Dünyanın aparıcı media qurumlarından olan “CNN arabic” telekanalının rəsmi internet saytında Əshabi-Kəhflə bağlı məqalə yerləşdirilib. 

Məqalənin müəllifi Yasəmin Ogah qeyd edib ki, mağara hekayəsi haqqında ətrafımızdakılardan həmişə eşit­mişik və şübhəsiz ki, maraqlı hekayənin harada baş verdiyini bilmək istərdiniz. Onun harada olduğu ilə bağlı bir çox fərziyyələr var və azərbaycanlılar bu müqəddəs mağaranın öz ölkələrində yerləşdiyinə inanırlar. Azərbaycanlıların dediyi kimi Əshabi-Kəhf ziyarətgahı Naxçıvan Muxtar Respublikasında yerləşən bir məbəddir. 

Yaxın Şərqdəki ərəbdilli ölkələrdə milyonlarla insan tərəfindən izlənilən bu kanalın saytında yerləşdirilən məqalədə müəllif əvvəllər bu müqəddəs ocağa gediş-­gəlişin həddindən artıq çətin olduğunu qeyd edərək bildirir ki, 1998-ci ildə dövlət tərəfindən aparılan quruculuq və bərpa işləri nəticəsində Əshabi-Kəhfə yollar çəkilib və ziyarətgah abadlaşdırılıb, bura əhəmiyyətli turizm mərkəzinə çevrilib. Hər il buranı dünyanın müxtəlif yerlərindən on minlərlə insan ziyarət edir.

Xəbərlər şöbəsi

Sənətkarlarla görüş olub

Avqustun 23-də Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sənətkarlarla görüş keçirilib.

“2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası məqsədilə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat naziri Tapdıq Əliyev açaraq bildirib ki, Naxçıvanda özəl sektorun əsas istiqamətlərindən biri olan turizmin inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ötən dövrdə sənətkarlar tərəfindən muxtar respublikanın tarixi-memarlıq abidələrini, milli arqumentləri özündə əks etdirən sənət sahələri üzrə 13 min manat dəyərində 722 əl işi və sənət əsəri hazırlanıb, satış üçün Naxçıvan Biznes Mərkəzinin satış obyektlərinə yönəldilib.

Diqqətə çatdırılıb ki, ötən müddət ərzində bir sıra xarici ölkələrin nümayəndələri ilə keçirilmiş 48 beynəlxalq tədbirdə muxtar respublikadan 256 sahibkarlıq subyektinin 263 nümayəndəsinin iştirakı təmin edilib və muxtar respublikanın turizm potensialı haqqında xarici iş adamlarına və həmin ölkələrin rəsmilərinə məlumat verilib, turizm mütəxəssisləri arasında təcrübə mübadiləsi aparılıb.

Ardını oxu...

Bir udum suyun sorağı ilə...

Yazının sərlövhəsi sizdə su haqqında danışacağım qənaətini yaratsa da, bu, belə deyil. Burada bir udum suyun – “Sirab”ın sorağı ilə Naxçıvana yol alan gənc amerikalının qədim tarixi diyar haqqında təəssüratlarından söhbət açacağam.
Gənc ingilis dili müəllimi Matthev Petty ilə Naxçıvan Turizm İnformasiya Mərkəzində həmsöhbət oluruq. Onun dedikləri maraqlıdır: – Bakıda qonaq idim. Qədim paytaxtınızı gəzib dolaşanda restoranlardan birində su içdim və suyun harada istehsal olunduğu ilə maraqlandım. Öyrəndim ki, bu su Naxçıvan Muxtar Respublikasına məxsusdur. Onu da dedilər ki, təbii və mineral suyu olan bulaqlarına görə Naxçıvan dünyada diqqəti cəlb edən bir diyardır. Elə bu səbəbdən də buranı mineral suların təbii muzeyi adlandırırlar. Ərazisində 250-dən artıq mineral su mənbəyi var.

Ardını oxu...

Peter Teys: Naxçıvan həm təbiətin, həm də insan əllərinin yaratdığı möcüzədir

Ötən günlərdə “Bakı Prosesi” çərçivəsində paytaxt Bakı şəhəri ilə yanaşı, Oğuz, Şəki və Qəbələ rayonlarında IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi təşkil edilmişdi. Həmin tədbirin iştirakçısı, “Şərq qapısı” qəzetinin oxucularına yaxşı tanış olan amerikalı ekspert, jurnalist Peter Teyslə görüşüb həmsöhbət olduq.

– Sizinlə yenidən görüşməyimizə çox şad olduq. Siz Naxçıvanı yaxşı tanıyırsınız və bir neçə dəfə muxtar respublikada olmusunuz…

– Bəli, mən Naxçıvanda dəfələrlə olmuşam. Burada keçirdiyim xoş günləri çox yaxşı xatırlayıram. Muxtar respublikada gənclərin multikultural ənənələrə dərindən bələd olmaları, onların bu ruhda tərbiyə edilmələri üçün çox yaxşı təcrübə mövcuddur. Bunu Naxçıvana səyahət edən hər bir ekspert təsdiq edə bilər.

Onu da deyim ki, “Şərq qapısı” qəzeti, eləcə də oradakı digər dostlarımla əlaqələrim vasitəsilə Naxçıvan Muxtar Respublikasının inkişafını və burada həyata keçirilən iqtisadi, sosial və humanitar məzmunlu tədbirləri yaxından izləyirəm. Elə bu tədbirdə də dünyanın 5 qitəsinin və 40-a yaxın ölkəsindən gəlmiş gənclərə Naxçıvan barədə xeyli məlumat vermişəm.

– Naxçıvanlı gənclərin fəallıqları sizə necə təəssürat bağışlayır?

Ardını oxu...

01070380
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
24
113
4463
10583
1070380

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: