"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən növbəti seminar və praktik məşğələ keçirilmişdir

05 noyabr 2019-cu il tarixdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Dövlət Universitetində “Naxçıvanın milli mətbəxi” mövzusunda seminar və praktik məşğələ keçirilmişdir. Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin “Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi” kafedrasının müdiri Mətanət Quliyeva açaraq milli mətbəx nümunələrinin öyrənilməsi və təbliğində bu cür tədbirlərin mühüm rol oynadığını bildirmişdir. Daha sonra “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova çıxış edərək Mərkəzin fəaliyyəti haqqında geniş məlumat vermişdir. Qeyd olunmuşdur ki, Naxçıvan mətbəxi özünəməxsus ləziz yeməkləri ilə məşhurdur. Milli yeməklərimizin hazırlanma qaydalarını mənimsəmək, həmin yeməklərdən vaxtaşırı istifadə etmək bu yeməklərin unudulmaması və qorunaraq gələcək nəsillərə çatdırılması baxımından çox əhəmiyyətlidir. Vurğulanmışdır ki, 2012-ci il “Milli Dəyərlər ili”nə layiqli töhfə olan “Naxçıvan mətbəxi” kitabında milli yeməklərimiz və onların hazırlanma qaydaları ilə yanaşı, qədim dövrlərdən bəri mətbəximizdə istifadə olunan alət və ləvazimatlarla da yaxından tanış olmaq mümkündür. S.Rüstəmova muxtar respublikamızda keçirilən festivallarda milli yeməklərimizin sərgi-satışının təşkil edilməsinin milli mətbəximizin təbliğində böyük əhəmiyyətə malik olduğunu xüsusi qeyd edərək bildirmişdir ki, hazırda Naxçıvan mətbəxinin qədim nümunələrinin öyrənilməsi “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən diqqət mərkəzində saxlanılır və bu istiqamətində sistemli iş aparılır.

Ardını oxu...

Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib

Ailə təsərrüfatları daxili bazarın keyfiyyətli yerli məhsullarla təminatı ilə yanaşı, özünüməşğulluğun təmin olunmasına və iqtisadi inkişafa da mühüm töhfə verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planları tərtib olunmuş, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilmişdir. 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunması isə bu sahəyə marağı daha da artırmışdır. 

Görülən işlərin davamı olaraq noyabrın 2-də “Naxçıvanqala” Tarix Memarlıq Muzey Kompleksində növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov festivalda iştirak etmişdir.

Ardını oxu...

Naxçıvanda “Ailə təsərrüfatı məhsulları” festivalı keçiriləcək

Noyabrın 2 və 3-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Komplek­sin­də növbəti “Ailə təsərrüfatı məhsulları” festivalı  keçiriləcək .

Festivalın açılışı noyabrın 2-də saat 11:00-da olacaq. Festivala muxtar respublikanın bütün rayonlarından olan  ailə təsərrüfatçıları tərəfindən müxtəlif növ məhsullar çıxarılacaq, o cümlədən hazırlanan əl işlərinin sərgi-satışı həyata keçiriləcək.

Həmçinin ailə təsərrüfatçıları arasında “Aktiv ailə təsərrüfatı” müsabiqəsi təşkil ediləcək, qaliblərə diplomlar və hədiyyələr təqdim olunacaq.

“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçiriləcək builki “Ailə təsərrüfatı məhsulları” festivalı da özünün rəngarəngliyi və müxtəlifliyi ilə iştirakçılarda xoş ovqat yaradacaq.

"Nuhçıxan" İnformasiya Agentliyi

Növbəti seminar və praktik məşğələ keçirilmişdir

24 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən  “Turizm könüllüsü” layihəsinin iştirakçıları üçün “Ekskursiya işinin təşkili” mövzusunda seminar və praktik məşğələ keçirilmişdir. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə müxtəlif formatlı tədbirlərin keçirilməsi diqqət mərkəzində saxlanılır. Bu gün keçirilən seminar və praktik məşğələ də həmin tədbirlərin davamıdır.

Ardını oxu...

Turizmin müasir inkişafı müstəqilliyimizin bəhrəsidir

Yer üzündə yaşayan bütün xalqlara nəsib olmayan müstəqillik ən qiymətli sərvətimiz kimi cəmiyyətin bütün sahələrində öz bəhrəsini verməkdədir. Müstəqil ölkəmizin dünya dövlətləri ilə yaratdığı iqtisadi-mədəni əlaqələrin miqyası genişləndikcə onun beynəlxalq aləmdəki nüfuzu artmaqda, vətəndaşların həyat səviyyəsi də yüksəlməkdədir. 10 dekabr 1948-ci il İnsan Hüquqları Haqqında Bəyannamənin 13-cü maddəsində göstərilən və insanların səyahət etməsi azadlıqlarını özündə ehtiva edən müddəalar da məhz cəmiyyətin inkişaf göstəricisi kimi turizmin əhəmiyyətini özündə göstərir. 

Xalqlar arasında iqtisadi-mədəni əlaqələrin dərinləşməsində turizm hazırda ən müvəffəqiyyətli yollardan biri hesab olunur. Bu mənada, insanlara dünyanın gözəllikləri ilə tanış olmaq, mənalı istirahət etmək imkanı yaradan turizm səfərlərinə getmək də müstəqil ölkə vətəndaşı kimi hər bir azərbaycanlının həyat tərzi elementinə çevrilib. Eyni zamanda zəngin turizm ehtiyatları və qonaqpərvərliyi ilə bütün dünya turistlərinin sevimli destinasiyasına çevrilmiş Azərbaycana səyahət etmək də həmişəkindən daha rahat və sərfəli olub. Ötən əsrin 50-ci illərindən başlayaraq dünyada turizmin kütləviləşməsindən Azərbaycan da öz bəhrəsini alıb. Xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə respublikamızda turizmin inkişafı üçün də mühüm işlər görülüb, o zamanın standartlarına cavab verən qonaqpərvərlik sənayesi yaradılıb. Həmin dövrdə çox sayda yerli və xarici turistlərin səfər etdiyi Azərbaycan keçmiş ittifaqın turizm mərkəzlərindən biri kimi yaxşı tanınıb. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində dəyirmi masa keçirilmişdir

15 oktyabr 2019-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində Dövlət Müstəqilliyi Günü ilə bağlı “Müstəqillik illərində turizm sahəsində qazanılmış uğurlar” mövzusunda dəyirmi masa keçirilmişdir. Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrinin dinləyici qismində iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə Departamentin direktoru Əkbər Novruzov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, muxtar respublikamızda bütün sahələr kimi turizmin inkişafı da daim diqqət mərkəzində saxlanılır, beynəlxalq tələblərə cavab verən müasir turizmin frastrukturunun formalaşdırılması istiqamətində mühüm addımlar atılır. 2016-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisində turizmin inkişafı ilə bağlı müşavirənin keçirilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi turizmin inkişafını əhəmiyyətli dərəcədə sürətləndirmişdir.

Ardını oxu...

00823961
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
349
143
807
4862
823961

Tarix: 28-03-2024
Biz, sosial şəbəkələrdə: