"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

“Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən seminar və praktik məşğələ keçirilmişdir

11 oktyabr 2019-cu il tarixdə “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi tərəfindən Naxçıvan Qızlar Liseyində seminar və praktik məşğələ keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva açaraq bu cür tədbirlərin əhəmiyyətini vurğulamışdır.

Daha sonra “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin direktoru Sitarə Rüstəmova çıxış edərək Mərkəzin fəaliyyətindən bəhs etmişdir. Qeyd olunmuşdur ki, ölkəmizin bütün bölgələri kimi Naxçıvanın da özünəməxsus mətbəx mədəniyyəti vardır. Milli yeməklərimizin hazırlanma qaydalarını mənimsəmək, həmin yeməklərdən vaxtaşırı hazırlayıb istifadə etmək bu yeməklərin unudulmaması və qorunaraq gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Vurğulanmışdır ki, hazırda “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi tərəfindən qədim mətbəx nümunələrimizin öyrənilməsi istiqamətində sistemli iş aparılır.

Ardını oxu...

Naxçıvanın turizm nümayəndələri Tehranda keçirilən konqresdə iştirak ediblər

Oktyabrın 10-da Tehranda “İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqresi” keçirilib. Tədbirə Azərbaycan, Türkiyə, Qətər, Küveyt, Əfqanıstan, İndoneziya, Malayziya, Banqladeş və digər dövlətlərin təmsilçiləri qatılıb.

Tədbirdə İslam ölkələrinin turizm və səhiyyə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə edilib. 

Ölkəmizi təmsil edən nümayəndə heyətinin tərkibində Naxçıvandan olan "Duzdağ" otelin direktoru Vurğun Səfərov və "Təbriz" otelin direktoru Mustafa Mustafayev Duzdağ barəsində, buradakı otellər və xidmətlər haqqında iştirakçılara ətraflı məlumat veriblər. Qeyd olunub ki, Naxçıvandakı Duzdağ Fizioterapiya Mərkəzi bronxial asma xəstəliyinin müalicəsi üçün əvəzolunmaz yerdir.

"Nuhçıxan" İnformasiya Agentliyi

Turizm və otelçilik ixtisası üzrə təhsil alan tələbələrə mühazirə keçirilmişdir

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən 10 oktyabr 2019-cu il tarixdə “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələri üçün “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf imkanları” mövzusunda mühazirə keçirilmişdir.

Tədbiri Naxçıvan” Universitetinin İqtisadiyyat Fakültəsinin dekan müavini Vaqif Hüseynov açaraq bu cür tədbirlərin tələbələr üçün böyük əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Daha sonra Turizm Departamentinin baş məsləhətçisi Ülviyyə Cəfərova mühazirə mətni ilə çıxış etmişdir.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılmış, “5000 ilin Naxçıvanı” adlı  videoçarx tələbələrə nümayiş etdirilmişdir.

 

 

 

Naxçıvana bir daha səyahət etdiyimə çox sevinirəm

Payız turizm mövsümünün başlaması ilə hər yerdə olduğu kimi, Naxçıvanda da turist axınının artması müşahidə olunur. Xüsusən soyuq Şimal ölkələrinin vətəndaşları bol Günəş, istiqəlbli insanlar görmək, dünyagörüşlərini daha da artırmaq üçün ölkəmizə səyahət etməkdə çox həvəslidirlər. Onlar arasında muxtar respublikamızı seçənlər də az deyil. Ötən həftəsonu Naxçıvana səyahət edən əcnəbilər arasında İsveçrə Konfederasiyası vətəndaşları ­Andre Enqetşuler və xanım İnqrit Kundertlə həmsöhbət olub təəssüratlarını öyrəndik. 

Azərbaycana bir neçə dəfə, Naxçıvana isə ikinci dəfə səyahət edən Andre Enqetşuler 67 yaşında olmasına baxmayaraq, Əlincə­qalanın zirvəsinə yenidən qalxmaqla, sanki gənc­ləşdiyini deyir. O, ötən ilin iyununda Naxçıvana ilk səfərində olduğu kimi, yenə də Duzdağa və müqəddəs Əshabi-Kəhf ziyarət­gahına baş çəkib. Qarabağlar türbəsi ilə tanışlıq onda dərin təəssürat yaradıb. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası zəngin turizm imkanlarına malikdir

İran İslam Respublikasının Təbriz şəhərində nəşr olunan “Ərk” qəzetində Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə bağlı məqalə dərc olunmuşdur. Həmin məqaləni təqdim edirik. 

Dünyanın ən qədim mədəniyyət mərkəzlərindən biri olan, Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsinin formalaşdığı Naxçıvan Muxtar Respublikasında muxtariyyətin yaradılmasının 95 illiyi qeyd olunur. Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir. 1921-ci il 16 martda bağlanmış Moskva və 1921-ci il 13 oktyabrda bağlanmış Qars müqavilələri Naxçıvanın taleyinin həll edilməsində böyük əhəmiyyətə malik olmuşdur. 1924-cü il fevralın 9-da Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Diyarı Naxçıvan Muxtar Respublikasına çevrildi. 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına və 1998-ci il dekabrın 29-da qəbul olunmuş Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikasına Azərbaycan Respublikasının tərkibində muxtar dövlət statusu verildi.

Ardını oxu...

“10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi” başa çatıb

Türkiyənin Van şəhərində sentyabrın 26-29-dək ənənəvi olaraq keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi” başa çatıb. 16 ölkədən 350 şirkətin iştirak etdiyi sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin nümayəndə heyəti təmsil edib. Artıq 10-cu ildir keçirilən sərgidə Ermənistan iştirak etməkdən imtina edib. Çünki bədnam qonşular indiyə qədər bu cür sərgilərdə Azərbaycana məxsus mədəniyyət nümunələrini “özününküləşdirərək” dünya ictimaiyyətinə təqdim etməyə çalışıblar. Bu dəfə isə ermənilərin saxtakarlığının qarşısı sərgiyə qatılan Azərbaycan nümayəndə heyəti tərəfindən qətiyyətlə alınıb və nəticədə işğalçı ölkə əlamətdar beynəlxalq sərgidə iştirak etməyib.

Ardını oxu...

01070378
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
22
113
4461
10581
1070378

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: