"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Turizm sahəsinə diqqət davamlı xarakter almışdır

Əsası ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq muxtar respublikada həyata keçirilən mühüm tədbirlər nəticəsində əldə olunmuş davamlı inkişaf, aparılan genişmiqyaslı quruculuq işləri qədim diyarın simasını dəyişmiş, turizmin inkişafına yeni imkanlar yaratmışdır.

Turizm iqtisadi fəaliyyətin mühüm gəlirgətirən sahələrindən biri olub səmərəli məşğulluğun təmin edilməsində mühüm rol oynayır.

Muxtar respublikanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri olan Möminə xatın, Qarabağlar və Gülüstan türbələri, Əlincəqala abidəsi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, mühüm müalicə yerləri – Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ Arsenli Su Müalicəxanası turizmin inkişafına şərait yaratmışdır.

Ardını oxu...

“Peşəkar ofisiant” startap layihəsi üzrə sertifikatların təqdimat mərasimi keçirilmişdir

28 fevral 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən hazırlanmış “Peşəkar ofisiant” startap layihəsi üzrə sertifikatların təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq bildirmişdir ki, “Peşəkar ofisiant” startap layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır.

Qeyd olunmuşdur ki, muxtar respublikamızda vüsət almış abadlıq və quruculuq işləri turizm sahəsinin də inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. Son illər muxtar respublikanın tarixi-mədəni irsinin tanıdılması, müalicə mərkəzlərinin yenidən qurulması, yeni hotellərin və ictimai-iaşə obyektlərinin istifadəyə verilməsi, ümumilikdə həyata keçirilən abadlıq-quruculuq işləri turizmin inkişafına təkan vermiş, muxtar respublikaya gələn turistlərin sayı ilbəil artmışdır. Bütün bunlar isə Naxçıvan Muxtar Respublikasının geniş turizm potensialından ən səmərəli şəkildə istifadəyə hesablanmışdır.

Ardını oxu...

“Peşəkar ofisiant” startap layihəsi üzrə sertifikasiya imtahanı keçirilmişdir

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanan “Peşəkar ofisiant” startap layihəsi üzrə sertifikasiya imtahanı keçirilmişdir. 25 fevral 2020-ci il tarixdə Turizm Departamentində təşkil edilən imtahanda 17 nəfər layihə iştirakçısı iştirak etmişdir. İmtahan başlamazdan əvvəl ümumi qaydalar haqqında iştirakçılara məlumat verilmişdir. Qeyd olunmuşdur ki, 100 sualdan ibarət olan test imtahanı üçün 120 dəqiqə vaxt müəyyən edilmişdir. İmtahanda uğurlu nəticə göstərən iştirakçılara fevralın 28-də keçirilməsi nəzərdə tutulan təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən müvafiq sertifikatlar təqdim ediləcək.

 

 

“Peşəkar ofisiant” layihəsi çərçivəsində çay süfrəsi üzrə praktik məşğələ keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırlanmış “Peşəkar ofisiant” startap layihəsi çərçivəsində çay süfrəsi üzrə növbəti praktik məşğələ keçirilmişdir.

21 fevral 2020-ci il tarixdə Təbriz mehmanxanasında keçirilən məşğələdə layihə iştirakçılarına çay süfrəsinin hazırlanması qaydası haqqında geniş məlumat verilmiş, süfrənin salınma qaydası, yemək süfrəsindən çay süfrəsinə keçid və həmçinin maqqaşdan istifadə etməklə servis edilməsi əyani şəkildə nümayiş etdirilmişdir. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

 

 

“Peşəkar ofisiant” layihəsi çərçivəsində yemək süfrəsi üzrə praktik məşğələ keçirilib

18 fevral 2020-ci il tarixdə Təbriz mehmanxanasında “Peşəkar ofisiant” layihəsi çərçivəsində yemək süfrəsi üzrə praktik məşğələ keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov açaraq bildirmişdir ki, “Peşəkar ofisiant” startap layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq hazırlanmışdır.

Qeyd olunmuşdur ki, turizm iqtisadiyyatın ən dinamik inkişaf edən sahələrindən biridir. ÜTT-nin məlumatına görə beynəlxalq turizm gəlirləri hər il 4% artmaqdadır. Ölkəmizdə turizm sürətli inkişaf mərhələsinə qədəm qoymuşdur. 2019-cu ildə Azərbaycana 3.2 milyon turist gəlmişdir ki, bu da ölkəmiz üçün rekord göstəricidir.

Ardını oxu...

İran və Azərbaycan üzrə İkinci İxtisaslaşmış Turizm Simpoziumu keçirilib

Fevralın 15-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İran və Azərbaycan üzrə İkinci İxtisaslaşmış Turizm Simpoziumu keçirilib.

Azərbaycanın İrandakı səfirliyi ilə “Aysan Pərvaz” şirkətinin təşkil etdiyi simpoziumda İranda fəaliyyət göstərən turizm şirkətlərinin rəhbərləri, İqtisadi Əməkdaşlıq Təşkilatının əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə və Azərbaycanın Respublikasının İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov çıxış edərək simpoziumun əhəmiyyətindən, hər iki ölkə arasında turizmin inkişafı sahəsində görülən işlərdən danışmışlar.

Ardını oxu...

01008690
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
21
278
178317
184248
1008690

Tarix: 20-04-2024
Biz, sosial şəbəkələrdə: