"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanda “Arıçılıq məhsulları-bal festivalı” keçirilib

2019-cu il muxtar respublikada "Ailə təsərrüfatları ili" elan olunmuşdur. Naxçıvanın ən qədim təsərrüfat sahələrindən biri də arıçılıqdır. Zəngin bitki örtüyü və təbii şərait yüksək keyfiyyətli bal istehsalına, göstərilən dövlət qayğısı və dəstəyi isə arıçılıq təsərrüfatlarının sayının ilbəil artmasına səbəb olmuşdur. Hər il Naxçıvan şəhərində keçirilən "Arıçılıq məhsulları-bal festivalı" da arıçılar üçün geniş imkanlar açır. 

Ardını oxu...

Milli özünüdərkə aparan yol

Tarixi uzun minilliklərə dayanan hər bir xalqın, hər bir millətin özünün milli dəyərləri vardır. Bu dəyərlər xalqları, millətləri, toplumları digər xalqlardan ayıran ən üstün keyfiyyətlərdir. Milli kökə və milli təmələ sahib olan Azərbaycan xalqının da milli dəyərləri kifayət qədərdir. Himni, gerbi, bayrağı, dili, dini, musiqisi, folkloru, dünya şöhrətli şəxsiyyətləri onun milli-mənəvi genofondunu təşkil edir. Milli ideologiya, milli tarix, dil, mədəniyyət və incəsənət, ədəbiyyat, özünüdərk, bir sözlə, bütün milli keyfiyyətlər bu dəyərlər sisteminə aiddir. Azərbaycan xalqının milli dəyərlərinin qorunub saxlanması ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri ilə bağlıdır. Ulu öndərin bu dəyərlərə verdiyi önəmin mahiyyətini onun bütün çıxışlarında görmək olar: “Milli dəyərlər daim qorunmalı, yaşadılmalıdır, milli dəyərlər bizim varlığımızın əsasıdır. Milli dəyərlər insanın kamilləşməsi, şəxsiyyətin formalaşması üçün milli mentalitetdən qida alaraq zaman-zaman bütün əxlaqi keyfiyyətləri özündə toplayaraq cəmiyyətə vəsiqə alır. Hər xalqın öz adət-ənənəsi var, öz milli dəyərləri var. Biz öz milli dəyərlərimiz, adət-ənənələrimizlə fəxr edirik”. 

Ardını oxu...

Naxçıvan turizm mərkəzinə çevrilir

Azərbaycan Respublikasının Prezidenti cənab İlhamƏliyevin 2016-cı il 1 sentyabr tarixli Sərəncamına əsasən hər il sentyabrın 27-si ölkəmizdə “Turizm İşçiləri Günü” peşə bayramı kimi qeyd olunur.

Təbii-coğrafi baxımdan əlverişli mövqedə yerləşən Azərbaycanda turizmin inkişafı üçün geniş imkanlar vardır. Respublikamızda turizmin inkişafı xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderimiz ölkəmizə hər iki rəhbərliyi dövründə bu sahənin inkişafını diqqətdə saxlamışdır. Ötən əsrin 70-ci illərində Azərbaycanda turizm təşkilatları və ekskursiya bazalarının geniş şəbəkəsi yaradılmış, müasir mehmanxanalar, ictimai əyləncə obyektləri inşa olunmuşdur. Müstəqillik illərində də ulu öndər bu sahənin inkişafını diqqətdə saxlamış, dövlət turizm siyasətinin tənzimlənməsisahəsində mühüm hüquqi baza yaradılmış, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının turizm potensialı beynəlxalq sərgidə nümayiş etdirilir

Türkiyə Respublikasının Van şəhərində ənənəvi olaraq keçirilən “10-cu Van Şərqi Anadolu Beynəlxalq Turizm və Səyahət Sərgisi”nə start verilmişdir.

16 ölkənin təmsil olunduğu sərgidə ölkəmizi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Beynəxalq Diaspor Mərkəzinin və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə bir qrup nümayəndə heyəti təmsil edir. Sərgidə 52 kvadrat metrlik sahədə “Naxçıvan Muxtar Respublikası” stendi qurulmuşdur. Stenddə Naxçıvan Muxtar Respublikasında yerləşən tarix-mədəniyyət abidələrinin böyük ölçülü fotoşəkilləri nümayiş etdirilir. Quraşdırılmış monitor vasitəsilə Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarına nümayiş etdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən hazırlanmış Naxçıvan-Qarabağlar, Naxçıvan-Əshabi Kəhf, Naxçıvan-Əlincəqala, Naxçıvan-Ordubad, Naxçıvan-Ağbulaq Kənd Turizm İstirahət Bölgəsi, Naxçıvan-Gülüstan, Naxçıvan-Duzdağ turist marşrutlarının bukletləri və Naxçıvan Muxtar Respublikasının turist xəritəsi sərgi iştirakçılarına təqdim olunur. Sirab, Badamlı, duz və digər Naxçıvan brendi məhsullar beynəlxalq sərgidə nümayiş etdirilir. Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşları tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə ingilis və türk dillərində məlumatlar verilir.

29 sentyabr 2019-cu il tarixədək davam edəcək sərgidə “Naxçıvan Muxtar Respublikası” stendinə turistlərin marağı böyükdür.

 

Naxçıvan-Badamlı turizm marşrutu

Muxtar respublikamızın zəngin turizm ehtiyatlarının istifadəsi onlar əsasında turizm marşrutlarının yaradılması ilə bağlıdır. Bu marşrutlara turistlərin cəlb olunması üçün onların tərtibi, əsaslandırılması və turların təşkili turizmdən arzu etdiyimiz nəticələrə çatmağa imkan verir. Bu nəticələr isə həm turizmdən gözlədiyimiz gəlirlər, həm də xalqımızın dərin milli qonaqpərvərliyinin tanıdılmasıdır. Belə marşrutlardan biri də hazırda muxtar respublikamıza səyahət edən yerli və əcnəbi turistlərdə böyük maraq doğuran Naxçıvan-Badamlı turizm marşrutudur.

Badamlı deyəndə Azərbaycanın məşhur mineral suyu yada düşür. XX əsrin ortalarından başlayaraq bu günə qədər süfrələrimizin bəzəyi olan məşhur “Badamlı mineral suyu” və dahi sənətçi Rəşid Behbudovun ürəkləri fəth etmiş “Badamlı” mahnısı təkcə Şahbuzun deyil, bütün ölkəmizin şöhrətini dünyaya yayıb. Bu gün də Naxçıvana səyahət edən turistlərin dağlar diyarı Şahbuza yolu düşdükdə onun Batabatı, Ağbulağı ilə bərabər, Badamlısına da böyük maraq yaranır. Şübhəsiz, hələ onillər bundan əvvəl bir su brendi kimi Naxçıvanın adını bütün dünyaya tanıdan Badamlının indiki dövrdə turizm destinasiyası kimi də seçilməsi üçün burada artıq hər bir şərait yaradılıb. Müasir turizm menecmentində əsas vəzifə kimi qarşıya qoyulan cazibədarlıq, bitkinlik və komfortluluq element­lərinin hamısı bu istiqamətdə də vardır.

Ardını oxu...

Naxçıvan şəhərində Milli Dəyərlər Muzeyi fəaliyyətə başlamışdır

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Biz milli dəyərlərimizi qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqdan keçmiş bu dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Ulu öndərimiz ölkəmizə rəhbərliyi dövründə milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirmişdir. Bu gün müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimiz qorunub yaşadılır. Sentyabrın 23-də Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Milli Dəyərlər Muzeyi də bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə maraqlanmışdır.

Ardını oxu...

01070378
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
22
113
4461
10581
1070378

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: