"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Tələbələr təcrübə müddətində Naxçıvan Dövlət Rəsm Qalareyasında olmuşlar

Muxtar respublikada sənətkarların yaratdıqları əl işlərinin qorunub saxlanılması, onların yerli və xarici qonaqlara nümayiş etdirilməsi diqqətdə saxlanılır. Məhz bu cür məkanlardan biri muxtar respublikada fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyasıdır ki, burada müxtəlif rəssamların rəsmləri buraya gələn qonaqlara nümayiş etdirilir.
Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq 17 mart 2023-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin rəssamların əl işləri ilə tanış olmaları məqsədilə Naxçıvan Dövlət Rəsm Qalereyasına ekskursiyası təşkil olunmuşdur.

Ekskursiya zamanı tələbələrə Heydər Əliyev Sarayında muzeytipli müəssisə kimi fəaliyyət göstərən Naxçıvan Dövlət Rəsm Qalereyası haqqında məlumat verilmişdir. Bildirmişdir ki, 1981-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılan qalereyanın əsas məqsədi rəssamların əl işlərinin qorunub saxlanması, eyni zamanda gələcək nəsillərə çatdırılmasından ibarətdir.

Ardını oxu...

“3 mart – Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar tədbir keçirilmişdir

3 mart 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində turizm sənayesi nümayəndələri və “Naxçıvanın turizm könüllüləri”nin iştirakı ilə“3 mart – Ümumdünya Vəhşi Təbiət Günü” ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki, 2013-cü ildən başlayaraq hər il martın 3-ü dünyada “Ümumdünya Vəhşi Təbiət Günü”kimi qeyd edilir. Bu günün keçirilməsində məqsəd cəmiyyətin diqqətini vəhşi fauna və yabanı floranın mühafizəsinə cəlb etmək, ictimaiyyəti vəhşi təbiətə qayğı göstərməyə səsləmək və bu sahədə maarifləndirməkdir. Bu məqsədlə də Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin “Naxçıvan Muxtar Respublikasında turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üçün birgə Tədbirlər Planı”nınekoturizm bölməsindəki dağ cığırları əsasında piyada marşrutlarının (hiking route) hazırlanması bəndinə uyğun olaraq, ötən dövrdə dağ cığırlarının müəyyənləşdirilməsi üçün Azərbaycan Turizm Bürosunun ekoturizm üzrə mütəxəssisi Toğrul Cəfərov muxtar respublikaya dəvət olunmuşdur. Mütəxəssis Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı ilə birlikdə muxtar respublikanın Şahbuz, Culfa, Şərur və Ordubad rayonlarında olmuş, təbiət ərazilərinə baxış keçirilmiş və dağ cığırları üçün uyğun olan yerlər qiymətləndirilmişdir.

Ardını oxu...

Tələbələrin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub

Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti tərəfindən tərtib edilmiş qrafikə uyğun olaraq istehsalat təcrübəsi müddətində Naxçıvan Dövlət Universitetinin“Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.Burada tələbələrə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi1999-cu il 18 fevral tarixdə yaradılmış və1999-cu il may ayının 10-da fəaliyyətə başlamışdır. Ümummilli lider Heydər Əliyev 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeyə gələrək buradakı ekspozisiya ilə tanış olub. Ulu Öndərin muzeyi ziyarəti zamanı çəkilmiş tarixi fotoları burada nümayiş etdirilir. Muzeydəki eksponatlar görkəmli dövlət xadiminin ictimai-siyasi fəaliyyətini, keçdiyi həyat yolunu özündə əks etdirən  kitab, qəzet və jurnallar, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatı və Ali Məclisinin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlar, imzalanmış protokol və müqavilələr, məktub və teleqramlar, istifadə etdiyi xatirə əşyaları, Ulu Öndərin şərəfinə toxunmuş xalçalar, çəkilmiş portretlər, tarixi fotolar və sənədli filmlər haqqında tələbələrə məlumat verilmişdir.

Ardını oxu...

Tələbələrin istehsalat təcrübəsi davam edir

Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələri istehsalat təcrübəsi dövründə tərtib olunmuş qrafikə əsasən 27 və 28 fevral 2023-cü il tarixlərdəDepartamentin tabeliyində fəaliyyət göstərən Naxçıvan Turizm İnformasiya Mərkəzində olmuşlar. Tələbələr mərkəzin  iş prinsipi ilə yaxından tanış olmuş, onlara binanın tarixi haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, Zaviyə-Mədrəsə binası Naxçıvan şəhərində, Zaviyə məhəlləsində tarixi-memarlıq abidəsidir. Ərəbcə “guşə”, “künc”, “bucaq” mənasını bildirən “zaviyə” sufi təriqətinə mənsub məskənlərin adlarından biridir. Naxçıvan memarlıq məktəbinə aid edilən abidənin zahiri memarlıq siması, plan quruluşu və özünəməxsus kompozisiyası onun XVII-XVIII əsrlərin zəngin inşaat ənənələrinin məhsulu olduğunu göstərir. Bildirilmişdir ki,  Mərkəz 2012-ci ildən fəaliyyətini XVII-XVIII əsrlərə aid tarixi memarlıq abidəsi olan Zaviyə-Mədrəsə binasında davam etdirir.

Qeyd edilmişdir ki, Naxçıvan Turizm İnformasiya Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən biri mərkəzə müraciət edən yerli və xarici vətəndaşların məlumatlandırılmasıdır.

Ardını oxu...

Tələbələrin “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təmin olunmuşdur.

Naxçıvan Dövlət Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsinə start verilmişdir. Qrafikə uyğun olaraq 17 fevral 2023-cü il tarixdən başlayan təcrübədə tələbələr ilk öncə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində olmuş və Departamentin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Onlara “Turizmin inkişafı və təbliği”, “Statistika və sertifikatlaşdırma” və həmçinin “Maliyyə-təsərrüfat və ümumi işlər” sektorlarının iş prinsipləri haqqında məlumatlar verilmişdir. Tərtib olunmuş qrafikə əsasən tələbələrin keçdiyi istehsalat təcrübəsi Departamentin tabeliyində fəaliyyət göstərən təşkilatlarda davam etmişdir. Belə ki, tələbələr 24 fevral 2023-cü il tarixdə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzinin nəzdində fəaliyyət göstərən “Milli Yeməklər” ictimai iaşə MMC-nin iş prinsipi ilə tanış olmuşlar. Burada tələbələrin Mərkəzin və “Milli Yeməklər” ictimai iaşə MMC-nin fəaliyyəti ilə tanışlığı təşkil olunmuşdur. Mərkəzdə tələbələrə “Naxçıvan mətbəxi” Kulinariya Mərkəzi və “Milli Yeməklər” ictimai iaşə MMC-nin yerləşdiyi Naxçıvan şəhər buzxanası haqqında məlumat verilmişdir. Bildirilmişdir ki, yüksək memarlıq həllinə görə binanın Naxçıvan memarlıq məktəbinin inkişaf etdiyi XII-XIV əsrlərdə tikildiyi ehtimal olunur.

Ardını oxu...

“21 Fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü” ilə əlaqədar tədbir keçirilmişdir.

21 fevral 2023-cü il tarixdə muxtar respublikada fəaliyyət göstərən turizm bələdçiləri və “Naxçıvanın turizm könüllüləri”nin iştirakı ilə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “21 Fevral – Beynəlxalq Turizm Bələdçiləri Günü” ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Departamentin direktoru Əkbər Novruzov bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev turizmin inkişafını ölkə iqtisadiyyatının vacib sahələrindən biri kimi daim diqqət mərkəzində saxlayır. Son illər ölkəmizin turizm potensialının beynəlxalq aləmdə tanıdılması istiqamətində, habelə turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi sahəsində məqsədyönlü tədbirlər həyata keçirilir. Artıq Azərbaycanın bütün bölgələrində yeni turizm obyektləri, yay-qış turizm kompleksləri, mehmanxanalar inşa olunmuş, tarixi-mədəni ­qoruqlar yaradılmışdır. Vurğulanmışdır ki, turizm sektoruna ölkə miqyasında göstərilən diqqət və qayğı qədim insan və mədəniyyət məskəni, təbii sərvətlər muzeyi olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan Muxtar Respublikasında da bu sahənin dinamik inkişafına səbəb olmuşdur.

Ardını oxu...

01055966
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
103
110
1888
4018
1055966

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: