"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr müzakirə edilmişdir

10 yanvar 2022-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “2021-ci ilin yekunları və 2022-ci ildə qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilmişdir.

İclası giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov açaraq 2021-ci il ərzində görülmüş işlər və keçirilən tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, hesabat dövründə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamına əsasən təsdiq edilmiş “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın icrası davam etdirilmiş, təbliğat sahəsində fəaliyyət gücləndirilmişdir. Naxçıvan Turizm İnformasiya Mərkəzinin internet səhifəsi muxtar respublikanın turizm imkanlarını əks etdirən materiallarla zənginləşdirilmiş, Mərkəzin sosial şəbəkələrdəki səhifələrinə muxtar respublikanın turizm potensialı barədə məlumatlar mütəmadi olaraq daxil edilmişdir. Bildirmişdir ki, muxtar respublikanın turizm potensialını daha geniş kütləyə çatdırılması məqsədilə müxtəlif tarixlərdə İradə Qədirova adlı səyahət bloqeri və Türkiyə Respublikasının kesfetsek.com səyahət bloqunun rəhbəri, jurnalist Buğra Tokmakoğlunun redaktoru Sezgin Uzen ilə birgə muxtar respublikaya səfərləri təşkil edilmişdir. Kesfetsek.com səyahət bloqunun rəhbəri, jurnalist Buğra Tokmakoğlunun idarə etdiyi sosial şəbəkə hesablarında Naxçıvan Muxtar Respublikasının turizm potensialı ilə bağlı ümumilikdə 368 məlumat paylaşılmış və 1 milyon 100 min baxış sayı qeydə alınmışdır. Həmçinin, “Ege Telgraf” adlı qəzetdə müxtəlif başlıqlar altında Naxçıvan Muxtar Respublikası haqqında 5 məqalə dərc olunmuşdur. Cari ildə muxtar respublikanın turizm potensialının müxtəlif onlayn tədbirlər vasitəsilə də təbliği diqqət mərkəzində saxlanılmışdır.

Ardını oxu...

Tələbələrin istehsalat təcrübəsi davam edir

Naxçıvan Muxtar Respublikası  Ali  Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 3 aprel 2019-cu il tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş “Naxçıvan” universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Qrafikə əsasən tələbələr 13 dekabr 2021-ci il tarixdə “Saat Meydanı” Hotelinin fəaliyyəti ilə yaxından tanış olmuşlar. Tədbirdə Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Süleyman Rüstəmov çıxış edərək bildirmişdir ki, turizmdə yerləşdirmə xidməti səfərin ən əhəmiyyətli komponentlərindən biridir. Müstəqilliyimizin bərpasından sonra muxtar respublikamızda infrasruktur quruculuğu sahəsində atılan qətiyyətli addımlar turizmin inkişafına mühüm zəmin yaratmışdır. Artıq müasir Naxçıvan öz qonaqlarını yeni dövrün tələblərinə uyğun fəaliyyət göstərən mehmanxanalarda qarşılayır.

Ardını oxu...

Yaponiyanın H.I.S Group turizm şirkətinin nümayəndəsi Takahashi Shinsuki Naxçıvan Muxtar Respublikasına səfər etmişdir

2­-3 dekabr 2021 ci il tarixlərdə Yaponiyanın H.I.S Group turizm şirkətinin nümayəndəsi Takahashi Shinsuki Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşdur. Səfərin məqsədi Yaponiyanın Tokio şəhərində açılacaq Azərbaycanın Ticarət Ofisində Naxçıvan Muxtar Respublikasının da turizm potensialının təbliğ edilməsi üçün muxtar respublikanın turizm baxış obyektləri və tarixi şərabçılıq ənənələri ilə tanışlıq idi.

Bu səfər Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyi ilə həyata keçirilmişdir. Səfər çərçivəsində Takahashi Shinsuki Naxçıvan Biznes Mərkəzi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Duzdağ Mehmanxanası və Duzdağ Fizioterapiya Mərkəzi, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Şahbuz Dövlət Təbiət Qoruğu, Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi,  Gəmiqaya “Meyvə Məhsulları” MMC-də istehsal olunan şərab məhsulları, Culfa rayonunda yerləşən üzüm plantasiyaları ilə tanış olmuş, həmçinin Kəngərli rayon Çalxanqala kəndində şərabçılıqla məşğul olan  fərdi təsərrüfat subyektləri ilə görüş keçirmişdir. Səfər müddətində Departamentin əməkdaşları qonağa bələdçilik etmiş və gedilən turizm obyektləri, həmçinin muxtar respublikadakı şərabçılıq  haqqında geniş məlumat vermişlər.

Ardını oxu...

İstehsalat təcrübəsi muzeylərdə davam etdirilib

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin hamiliyinə verilmiş  “Naxçıvan” Universitetinin “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan IV kurs tələbələrinin istehsalat təcrübəsi davam edir. Qrafikə əsasən tələbələrin 22-30 noyabr  2021-ci il tarixlərdə Naxçıvan şəhərində yerləşən muzeylərə ekskursiyaları təşkil edilmişdir. İlk olaraq tələbələr Heydər Əliyev Muzeyində olmuşlar. Burada tələbələrə muzeyin yaranma tarixi haqqında məlumat verilmiş, bildirilmişdir ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi  Sədrinin  1999-cu il fevralın  18-də  imzaladığı Sərəncamla yaradılıb və həmin ilin may ayının 10-da fəaliyyətə başlayıb. Qeyd olunub ki, muzeydə zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılıb. Muzeydəki dəyərli ekspozisiyada Ulu Öndərimizin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr Naxçıvana qayıdışı, muxtar respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü zəngin materiallarla tələbələrə nümayiş etdirilmişdir. 

Növbəti gün Naxçıvan Dövlət Xalça Muzeyinə ekskursiya zamanı tələbələr ekspozisiyada  nümayiş olunan  bədii tikmə və parça nümunələri, vərni toxunuşlu ox çantaları, xurcunlar, örkən, heybə, səccadə, yun darağı, taxta və dəmir həvələr, kirgitlər, ilmə bıçağı və digər eksponatlarla yaxından tanış olmuşlar.

Ardını oxu...

“Naxçıvan” Universitetində “Peşəkar bələdçi” təliminin II modulu keçirilmişdir

23 noyabr 2021-ci il tarixdə “Naxçıvan” Universitetində  “Turizm işinin təşkili” və “Turizm və otelçilik” ixtisası üzrə təhsil alan tələbələrə “Peşəkar bələdçi” təliminin II modulu keçirilmişdir. Tədbiri giriş sözü ilə açan “Naxçıvan” Universitetinin İqtisadiyyat fakültəsinin dekanı Zakir Məmmədov bildirmişdir ki, “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası ilə bağlı keçirilən tədbirlərin və tələbələrlə  təşkil olunan görüşlərin böyük əhəmiyyəti var. Vurğulayıb ki, bu Sərəncamla hami təşkilatlar və təhsil müəssisələri arasında əlaqə genişlənir, qarşılıqlı əməkdaşlıq insan kapitalının inkişafına, iqtisadi cəhətdən dayanıqlı əmək bazarının yaradılmasına, təhsilverənlə işəgötürən arasında tələbələrin formalaşmasına xidmət edir. Bütün bunları nəzərə alaraq biz hami təşkilatlarla birlikdə Sərəncamın icrası ilə bağlı olaraq tədris müddəti ərzində təhsil alan tələbələrin təcrübə keçmələri üçün zəruri işlər həyata keçirməyə, onlar üçün maarifləndirici görüş və seminarlar təşkil etməyə çalışırıq. Məhz bu gün keçirilən təlim də bunlardan biridir. 

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasının turizm potensialı Qətərdə keçirilən sərgidə təbliğ olunub

16-18 noyabr 2021-ci il tarixlərində Qətərin paytaxtı Doha şəhərində  “Qatar Travel Mart” sərgisi keçirilmişdir.

İlk dəfə keçirilən “Qatar Travel Mart” sərgisi turizm üzrə ixtisaslaşmış beynəlxalq, regional və milli təşkilatları, hava yolları şirkətləri, turoperatorlar, turizm agentlikləri, hotelçilər və onlayn səyahət şirkətlərini bir araya toplayaraq turizm sənayesində rəqabətliliyi artırmaq və qarşılıqlı əməkdaşlığı təmin etmək məqsədi ilə təşkil edilmişdir.

Dünyanın 31-ə yaxın ölkəsinin və 150 şirkətin iştirak etdiyi sərgidə Azərbaycan Respublikasından Azərbaycan Turizm Bürosunun, Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin, eləcə də hotel və turizm agentliklərinin nümayəndələri iştirak etmişdir.

Sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycana həsr olunan panel sessiya keçirilib. Sessiyada çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid “Pandemiya Azərbaycan turizminə necə təsir etdi? Postpandemiya dövründə turizm sənayesinin bərpası” mövzusunda çıxış etmişdir. Azərbaycanın geniş turizm potensialı haqqında məlumat verən direktor, həmçinin Naxçıvan Muxtar Respublikasının turizm imkanları haqqında da iştirakçıları məlumatlandırmışdır.

Ardını oxu...

01055958
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
95
110
1880
4010
1055958

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: