"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvanın tarixi abidələri, mədəniyyət, təhsil müəssisələri türkiyəli jurnalistlərin marağına səbəb olub

Türkiyənin Şərqi Anadolu Jurnalistləri Federasiyasının üzvü olan media qurumlarının nümayəndələri Naxçıvan Muxtar Respublikasına gəliblər. Qonaqlar əvvəlcə Xan Sarayı Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə tanış olublar.

Açıq səma altında nümayiş etdirilən daş abidələr türkiyəli media nümayəndələrinin böyük marağına səbəb olub. Burada məlumat verilib ki, Açıq Səma Altında Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2002-ci il 11 iyun tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindəki Əcəmi seyrəngahında yaradılıb. 

Möminə xatın türbəsi ilə tanışlıq zamanı bildirilib ki, bu abidə tanınmış memar Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən 1186-cı ildə tikilib. O, Naxçıvanda yaranan Əcəmi memarlıq məktəbinin şah əsəridir. 

Xan sarayında olarkən qonaqların diqqətinə çatdırılıb ki, bu muzey Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən 1760-cı illərdə tikdirilib. 

Ardını oxu...

Naxçıvanda üçüncü “Arıçılıq məhsulları – bal festivalı” keçiriləcək

NUHÇIXAN xəbər verir ki, oktyabrın 20-si və 21-də Naxçıvanda  “Arıçılıq məhsulları-bal festivalı”keçiriləcək. Festivalın açılışı oktyabrın 20-si saat 11:00-da olacaq. Festivalda 300-ə yaxın arıçının iştirakı gözlənilir.

Təmiz havası və zəngin bitki örtüyü olan Naxçıvanda hələ qədim zamanlardan arıçılıq geniş yayılıb. Bu gün də bu sahə dövlətin dəstəyi ilə inkişaf etdirilir. Hazırda muxtar respublikada arı ailələrinin sayı 71 mindən çoxdur.

Qeyd edək ki, “Arıçılıq məhsulları-bal festivalı” Naxçıvanda artıq 3-cü dəfədir ki qədim Naxçıvanqalada təşkil olunur.  Bu günədək “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə”, “Plov”, “Naxçıvan çörəkləri”, “Arıçılıq məhsulları-bal”, “Ailə təsərrüfatı məhsulları”, “Yallı”, “Yaradıcı əllər”, “İstedadlı uşaqlar” , “Milli geyimlər” kimi festivallar keçirilib. Bu festivalları minlərlə yerli sakin və əcnəbi turist izləyib.

 

Səyyahlar Naxçıvanla bağlı video və fotolar paylaşıblar

Muxtar respublikamıza səyahət edən əcnəbi turistlərin sayı artdıqca qədim və zəngin tarixi, özünəməxsus müasir inkişaf yolu, ecazkar təbiəti və qonaqpərvər insanları ilə seçilən bu qədim diyar haqqında xarici ölkə­lərin mətbu orqanlarında, rəsmi saytlarında və sosial şəbəkələrdə yayımlanan bir-birindən maraqlı səyahət təəssüratlarının da sayı çoxalır.

Bu yaxınlarda Əlincəqalada olan nigeriyalı səyyah Yoliandri Susilo burada çəkdiyi videogörüntünü özünün “Facebook” səhifəsində paylaşıb. Qala haqqında kadrarxası məlumat verən nigeriyalı qonaq buranın “Azərbaycanın Maçu-Pikçusu” adlandırıldığını vurğulayır. “Qala xarabalıqlar üzərində yenidən qurulub. Orta əsrlərdə bura Atabəylər dövlətinin iqamətgahı və ən güclü, böyük qalalarından olub. Azərbaycana məxsus olan Naxçıvanda dağın zirvəsində yerləşir. Qalaya qalxmaq üçün 35-45 dəqiqə lazımdır. Bu qalanı fəth etmək istəyən yadellilər, o cümlədən 14-cü əsrdə yaşamış Əmir Teymur bunu bacarmayıb”, – Yoliandri Susilo sosial şəbəkədə belə yazıb. O həmçinin Əlincəqalanın yerləşdiyi dağlar və coğrafi mövqe haqqında da öz izləyicilərinə məlumat verib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətinin təmin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram: 

1. “Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. “Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Naxçıvan Muxtar Respublikasının Turizm Departamenti Aparatının işçilərinin say həddi 16 ştat vahidi müəyyən edilsin. 

4. Naxçıvan Muxtar Respublikasının ­Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Vasif TALIBOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri

Naxçıvan şəhəri, 9 oktyabr 2018-ci il

Naxçıvan payız fəslində də turistlər üçün cazibədar məkandır

Adətən, insanlar yay vaxtı dincəlməyi sevirlər. Çünki yayın isti günlərində insanların psixoloji olaraq istirahət etmək ehtiyacı digər fəsillərə görə daha çox olur. Eyni zamanda yay fəslində məktəblilərin tətilə və valideynlərin məzuniyyətə çıxması istirahətə yollanmağı daha əlverişli edir ki, bu da yayda istirahət edənlərin sayının çoxalmasına gətirib çıxarır. Ancaq unutmaq olmaz ki, hər fəsildə istirahət etmək arzusunda olanlar da var. Hətta bəziləri üçün payız və yaxud qışda dincəlmək, müxtəlif turizm bölgələrinə səfər etmək yaya görə daha əlverişlidir. Əslində, “yay, payız, qış turizmi” deyə bir turizm növü yoxdur. İnsan marağı sərhədsiz olduğundan istirahət etmək də bütün fəsillərdə mümkündür. Sadəcə, bu tələbatı ödəyə bilən, belə imkanları yarada bilən ölkələr və yaxud bölgələr var. 

Azərbaycan, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çoxqurşaqlı iqlimə malik olduğundan bizdə ilin bütün fəsillərində dincəlmək, istirahət etmək üçün şərait mövcuddur. Budur, artıq payız fəslinə qədəm qoymuşuq. Bu fəslin özünəməxsus gözəllikləri var. Naxçıvan da payızda öz gözəlliyinə bürünür. Bəs bu fəsildə yerli və xarici turistləri muxtar respublikamızda nə gözləyir? Ümumiyyətlə, bu qədim diyara payızda ayaq basan qonaqlar hansı imkanlardan yararlana bilərlər?

Ardını oxu...

Lyuk Koffi: Naxçıvanın tarixiliyi və müasirliyi məni valeh etdi

Oktyabrın 3-də Amerikanın nüfuzlu düşüncə mərkəzi olan “İrs” Fondu yanında Duqlas və Sara Ellisonlar adına Xarici Siyasət Araşdırmaları Mərkəzinin direktoru Lyuk Koffi Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Qonaq muxtar respublikanın bir sıra gəzməli-görməli yerlərində olub. 

“Şərq qapısı” qəzetinə müsahibəsində Lyuk Koffi qədim diyarla bağlı təəssüratlarını bölüşüb:

– İlk olaraq onu deyim ki, bu, mənim Naxçıvana birinci səfərim olsa da, qədim diyarınızla tanışlıq məndə böyük təəssürat yaratdı. Buradakı təmizlik və səliqə-sahman, insanların qonaqpərvərliyi, mehriban münasibəti, xüsusilə diqqətimi cəlb etdi, mən burada çox xoş vaxt keçirdim. Onu da qeyd edim ki, Naxçıvanın tarixiliyi və müasirliyi məni valeh etdi. Duzdağ Fizioterapiya Mərkəzini, Naxçıvanqalanı və Nuh Peyğəmbərin türbəsini ziyarət etdim, burada gördüklərim barədə dostlarımı və yaxınlarımı da məlumatlandıracağam. Naxçıvanı daha da yaxından tanımaq üçün buraya bir daha gəlmək niyyətindəyəm.

Xəbərlər şöbəsi

"Şərq qapısı" qəzeti

04.10.2018

01070378
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
22
113
4461
10581
1070378

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: