İyunun 20-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan müəssisələrdə çalışan fəal gənclərin Batabat Astrofizika Rəsədxanası və Şahbuz Dövlət Təbiət Qoruğuna ekskursiyası təşkil olunub.
Batabat Astrofizika Rəsədxanasında olan gənclərə bildirilib ki, bu elmi-tətqiqat müəssisəsi 1970-ci ildə dəniz səviyyəsindən 2050 metr yüksəklikdə yaradılmışdır. Rəsədxanada Günəş sisteminin öyrənilməsi sahəsində elmi tədqiqatlar aparılmaqdadır. Rəsədxanada astronometrik müşahidələr də həyata keçirilməkdədir. Qeyd edilmişdir ki, son illər rəsədxanada yeni avadanlıqlar quraşdırılmış və elmi tədqiqatların sahəsi genişləndirilmişdir.
İyunun 3-də başlayan ikinci göycə festivalına bu gün də maraq böyük olub.
Səhər saatlarından Naxçıvanqalanın geniş ərazisində yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün bura axın edib.
Naxçıvan Şəhər Mədəniyyət və Turizm Şöbəsinin "Şəlalə", Naxçıvan Musiqi Kollecinin "Gənclik" instrumental musiqi ansamblının ifaları festival iştirakçılarında xoş ovqat yaradıb.
Qədim Naxçıvan özünün torpaq və təbii iqlim şəraiti ilə yanaşı əkinçilik və bağçılıq mədəniyyəti ilə də dünyada tanınır. Ötən ildən başlayaraq şəhərin qədim tarixi hissəsi olan “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Naxçıvan göycəsi” festivalı da muxtar respublikada yetişdirilən, dadı-tamı ilə çox məşhur olan meyvələrin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İyunun 3-də başlayan ikinci göycə festivalına maraq böyük idi. Səhər saat 9:00-da artıq Naxçıvanqalanın geniş ərazisində qələbəlik idi. Yüzlərlə Naxçıvan sakini və şəhərdəki turistlər göycə sərgiləri ilə tanış olmaq üçün bura axın edirdi.
Əvvəlcə Naxçıvanqalanın mərkəzində festivalın açılış tədbiri keçirildi. Tədbrin aparıcıları xalqımıza məxsus ənənələrin yaşadılmasında, naxçıvanlı bağbanların, xalq seleksiyaçılarının hələ VII əsrdən bəri yetişdirməyə başladığı göycənin şöhrətinin yayılmasında “Naxçıvan göycəsi” festivalının əhəmiyyətindən danışaraq bildirdilər ki, Naxçıvanda yetişən göycə ilə yanaşı ləziz dadı ilə seçilən alma, armud, qoz, badam, üzüm sortları da yaxşı tanınır. Elə bu səbəbdən də hələ orta əsrlərdən Naxçıvan “meyvə cənnəti” adlandırılıb.
Hörmətli Naxçıvanlılar və şəhərimizin qonaqları!
3-ü və 4-ü iyun 2017-ci il tarixdə Naxçıvan şəhərində “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ənənəvi “Göycə” festivalı keçiriləcək. Festivalda dadı və tamı ilə seçilən Naxçıvan göycəsinin sərgi-satışı təşkil olunacaq.
İyunun 3-ü saat 11:00-da başlayacaq festivalda rəngarəng ifa və rəqslər, Naxçıvan Dövlət Filarmoniyasının konserti təşkil olunacaq.
Mayın 25-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında həmyerlimiz, istedadlı pianoçu Əfqan Rəsulun solo konserti olub.
Konsertdən əvvəl aparıcı tanınmış pianoçu, IX Respublika müsabiqəsinin, 2009-cu il Beynəlxalq Caz festivalının laureatı, İsveçrənin “Montrex Caz” müsabiqəsinin finalçısı Əfqan Rəsul haqqında qısaca məlumat vermişdir.
Bildirilib ki, Əfqan Rəsul 1982-ci il noyabrın 25-də Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 1998-ci ildə Naxçıvan şəhər Uşaq İncəsənət məktəbinin fortepiano ixtisasını bitirmiş. 2000-ci ildə Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano şöbəsinə daxil olmuş,2008-ci ildə Bakı Musiqi Akademiyasını bitirmişdir.
Mayın 23-də Naxçıvan Musiqi Kollecində “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamının icrası ilə əlaqədar M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə Nailə Vəlixanlının “Azərbaycan VII-XII əsrlərdə: tarix, mənbələr, şərhlər” adlı kitabının müzakirəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabxananın xidmət şöbəsinin müdiri Dilarə Əliyeva “Azərbaycan Ərəb Xilafətinin tərkibində”, metodika və biblioqrafiya şöbəsinin müdiri Fəridə Ələsgərova “Azərbaycan dövlətləri və onların qarşılıqlı münasibətləri”, kitabxanaçı Zeynəb Sadıqova “Ərəb işğalının Azərbaycan əhalisinin dilinə, etnik tərkibinə və dini görüşlərinə təsirinə dair”, baş kitabxanaçı Şövkət Məmmədova “Ərəb hakimiyyəti dövründə Azərbaycanın hüdudları, şəhərləri, digər yaşayış məskənləri və yolları” adlı mövzularla çıxış etmişdirlər.