"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Mutsuko Haseqava: "Əgər Azərbaycana səfər edəcəksinizsə, biz tövsiyyə edirik ki, Naxçıvana səfər edin"

Yaponiya vətəndaşları Ucidate Saki və Mutsuko Haseqava 28-29 iyul tarixlərində Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Muxtar respublikada olduqları iki gün ərzində onlar Əlincəqalanı, Qazançı körpüsünü, Möminə xatın və Yusif Küseyir oğlu türbələrini, Naxçıvanqalanı, Dövlət Xalça Muzeyini, Duzdağı, Qarabağlar Türbə Kompleksini və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət etmişlər. Muxtar respublikanın dağ kəndlərinə çəkilmiş yollar, Naxçıvan şəhərinin təmizliyi, xüsusilə tarixi abidələrin bərpası Yaponiya vətəndaşlarında böyük təəssürat yaratmışdır.

Ardını oxu...

Bütün mövsümlər üçün əvəzsiz turizm məkanı - Şahbuz

Muxtar respublikamızın təbiət gözəli olan Şahbuz bütün fəsillərdə füsunkar görünüşü, bənzərsiz havası ilə turistləri cəlb edən bölgədir. Yazı bir başqa mənzərə, qışı möcüzə, yayı çiçək ətirli, payızı bol meyvəli olan rayonun son illər aparılan quruculuq işləri ilə daha da gözəlləşən, müasirləşən hüsnü buranı əsl turizm məkanına çevirib. Rayonda 140-a yaxın tarix-mədəniyyət abidəsinin qeydiyyata alınması, onlardan 6-nın dünya əhəmiyyətli olması turistlərin diqqətini çəkən məqamlardandır. Rayonun coğrafi mövqeyi isə burada ekoturizm, kənd yaşıl, müalicə, qış və digər turizm növlərinin inkişafına böyük imkan yaradır. Bir dəfə Şahbuzda olan qonaq və turistlər bu doyumsuz gözəllikləri görmək, əsrarəngiz məkanın dörd fəslinin bir-biri ilə harmoniya yaradan mənzərələrini seyr etmək üçün yenidən bura qayıdırlar.


Bir təbiət gözəlidir Batabat


Hüsnünə onlarla şeirlər qoşulan, nəğmələr bəstələnən zirvəsi qarlı, ətəyi yaşıl dağları, şiş qayalıqları, dünyanın min bir rəngindən çalar alan çəmənlikləri, saf sulu bulaqları olan Batabatı Tanrı sanki turizm məkanı üçün yaratmışdır. Yazda baxdıqсa gözoxşayan çəmənlərində, yamaclarında bir-birini əvəz edən lalə, nərgiz, bənövşə talalarının özünəməxsus çalarları yaşıl rəngin burada hökm sürən bütün tonlarının fonunda insanı valeh edir. Güllərin, çiçəklərin dəniz səviyyəsindən yüzlərlə metr yüksəklikdə yerləşən yaylağın təmiz havasına qatdığı rayihə isə heç bir gözəl ətirlə müqayisə olunmayacaq dərəcədədir.

Ardını oxu...

“Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda tədbir olub

Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin və Gənclər Fondunun təşkilatçılığı ilə Ağbulaq İstirahət Mərkəzində “Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib.

“Yay məktəbi”nin iştirakçılarının da fəallıq göstərdiyi tədbirdə çıxış edən Gənclər Fondunun icraçı direktoru Anar Babayev bildirib ki, gənclərin asudə vaxtlarının səmərəli təşkili istiqamətində aid dövlət orqanları, gənclər təşkilatları, ictimai birliklər tərəfindən hər il mühüm layihələr reallaşdırılır. Qeyd olunan tədbirlər sırasında “Yay məktəbi”, yay düşərgələri, gənclərlə birgə turizm layihələrinin həyata keçirilməsi xüsusi yer tutur. 

Ardını oxu...

Ağbulaq Xizək Mərkəzinin təməli atılmışdır

Şahbuz rayonunun Ağbulaq kəndi geniş turizm potensialına malikdir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür.

İyulun 17-də Ağbulaq kəndində Xizək Mərkəzinin təməlatma tədbiri olmuşdur. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov mərkəzin layihəsinə baxmışdır. 
Məlumat verilmişdir ki, mərkəzdə ümumi uzunluğu 1500, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları yaradılacaq, süni qaryaratma sistemləri qurulacaqdır. Mərkəzin əsas infrastrukturu kanat yoludur. Uzunluğu 952 metr olan kanatın başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metr olacaqdır. Kanat yolunda hər biri 4 yerlik olmaqla 58 oturacaq quraşdırılacaqdır ki, bu da saatda 1000-dən artıq insana xidmət etməyə imkan verəcəkdir. Əyləncə və uşaq parklarında, eləcə də başlanğıc sahədə 231 metrlik konveyer xətləri yaradılacaqdır. Mərkəzin lazım olan qar örtüyünü təmin etmək üçün 26 sabit və 2 hərəkətli süni qaryaratma sistemi qurulacaqdır. Həmçinin ərazidə turistlərin istirahəti üçün də şərait yaradılacaq, xidmət sahələri istifadəyə veriləcəkdir.

Ardını oxu...

Naxçıvan-Qarabağlar turizm marşrutu

Naxçıvana səyahət edən hər bir turist qrupu üçün zəngin tur pro­qramları hazırlamağa imkan verən turizm ehtiyatlarımız və mükəmməl  infrastruktur Naxçıvan şəhərindən başlayaraq Şərur, Kəngərli, Şahbuz, Culfa və Ordubad istiqamətlərində bir-birindən maraqlı və təkrarolunmaz turizm marşrutlarının təşkili üçün əlverişli şərait yaradır. Artıq böyük populyarlıqla yerli və əcnəbi turistlər tərəfindən istifadə olunan ­Naxçıvan-Batabat, Naxçıvan-Əshabi-Kəhf, Naxçıvan-Ordubad, Naxçıvan-Əlincə və digərləri kimi Naxçıvan-Qarabağlar turizm marşrutu da özünün cəlbediciliyi ilə diqqəti çəkir.

Naxçıvan-Qarabağlar turizm marşrutu yerləşdiyi bölgənin coğrafi mövqeyi, təbii-iqlim xüsusiyyətləri və sahib olduğu resurslara görə ilboyu istifadə oluna bilən marşrutlardandır. Turistlər həmin marşrutla Naxçıvan şəhərindən başlayaraq istər Qıvraq qəsəbəsi, Yurdçu, Qarabağlar, istərsə də Təzəkənd və Çalxanqala kəndlərindən keçməklə dairəvi istiqamətdə Naxçıvandan Qarabağlara və geriyə hərəkət edə bilərlər. Marşrut üzrə səyahət müddəti ondan istifadə edən turistlərin sayına və səfər motivinə görə bir neçə saatdan gün ərzinədək davam edə bilər. Hazırda turistlərin Naxçıvan şəhərindən Qarabağlar kəndinə qədər, təqribən, 40 kilometr olan yolu bir saat müddətində rahat avtomobillər və ya mikroavtobuslarla getmək imkanları vardır. Yol şəraiti, ümumiyyətlə, Naxçıvanın bütün ərazisinə xas olan yüksək komfortluğu, təhlükəsizliyi ilə fərqlənməkdədir ki, bu da müasir turistləri maraqlandıran ən mühüm amillərdən biridir. Bundan əlavə, marşrut üzrə hərəkət edən turistlər yolboyu kənd­lərdəki müasir ticarət-iaşə obyektləri və 4G mobil internet xidmətlərindən də istifadə imkanlarına malikdirlər. Bölgədəki yaşayış məntəqələrinə xas olan müasirlik, əhalinin yüksələn həyat səviyyəsinə şərait yaradan sosial-mədəni infrastruktur şəraiti də marşrut boyunca turistlərin gözündən qaçmayacaq məziyyətlərdəndir.

Ardını oxu...

Kənd turizmi mənalı istirahətin ən sərfəli növüdür

İsti yay günlərində kənddə istirahət edib, mənalı asudə vaxt keçirmək çoxlarının arzusudur. İndi dincəlmək üçün çoxlu pul xərcləyib uzaq səyahətlərə çıxanlarla bərabər, yaşadığı şəhərdən cəmisi bir-iki saatlıq məsafədə yaşıllıq içərisindəki kəndləri seçənlər də vardır. Bu mənada, inkişaf etmiş ölkələrdə populyarlıq qazanan kənd turizmi növünə ­ölkəmizdə, o cümlədən Naxçıvanda maraq artmaqdadır. Zəngin təbii turizm ehtiyatlarımız və yenilənmiş sosial infrastruktur buna şərait yaradan əsas amillərdəndir. 

Şübhəsiz, bu qızmar yay günlərində ucqar dağ kəndlərinin sərin havası şəhər sakinləri üçün əsl turizm motividir. Doğrudan da, şəhərdə kondisionerlərin gecə-gündüz işlədiyi belə havalarda muxtar respublikamızın dağ kəndlərində əsl təbii sərinlik vardır. Bu kəndlərin buz kimi soyuq sularından içən, günboyu yamyaşıl bağ-bağçaların kölgəliklərində dincəlib gözəl vaxt keçirən bir daha buralara can atır. Həm də tək deyil, ailəliklə, dost-tanışlarla birgə.

 

Ardını oxu...

01070378
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
22
113
4461
10581
1070378

Tarix: 24-11-2024
Biz, sosial şəbəkələrdə: