"Azərbaycanın təbiəti və Azərbaycanda
olan bütün başqa infrastruktur buna
imkan verir ki, ölkəmizə turistlər gəlsinlər"

Heydər Əliyev

 

 

 

 

Naxçıvan çinli turistlərdə xoş təəssüratlar yaradıb

Muxtar respublikamızda turizmin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bəhrələrini verməkdədir. Yaradılan infrastruktur şəraiti, turistlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində verilən tapşırıqlar qısa müddətdə Naxçıvana səyahət etmək istəyən turistlərin marağının artmasına mühüm təsir edib. Bir qrup çinli turistin də Naxçıvan haqqında xoş təəssüratları belə deməyə əsas verir. 

Turistlərdən Jou Li dedi ki, Naxçıvanda ilk dəfə olur. İxtisasca mühəndisdir. Əvvəllər işi ilə əlaqədar ölkəmizin paytaxtına gəlsə də, bu diyar haqqında təsəvvürü çox olmayıb. Digər 7 nəfər həmkarı ilə birgə budəfəki istirahətini Naxçıvanda keçirdiyinə görə çox məmnundur. Hava limanındakı qarşılamadan tutmuş bütün qonaqpərvərlik servislərinin yüksək səviyyədə olduğunu vurğulayan çinli qonaq burada hazırlanan milli yeməklərin çox dadlı olduğunu xüsusilə qeyd etdi. O, Əshabi-Kəhf ziyarətgahından, Naxçıvan şəhərindəki muzeylərdən aldığı təəssüratı sosial şəbəkələr vasitəsilə dostları ilə paylaşacağını da bildirdi. 

 

 

 

Ardını oxu...

Anatoli Maxin: “Naxçıvan əhalisi Sədərəkdə parlaq qəhrəmanlıq nümunəsi göstərdilər”

Anatoli Maxin: “Naxçıvan əhalisi Sədərəkdə paralaq qəhrəmanlıq nümunəsi göstərdilər”Rusiya Federasiyasının vətəndaşı Anatoli Maxin həm veteran idmançı, həm də Voskresensk şəhərinin millət vəkilidir.

Naxçıvanın ötən əsrin 90-cı illərindəki çətin məqamlarında burada olan, o günlərin yaddaşında dərin iz buraxdığını qeyd edən qonağımız bu dəfə sadə bir turist qismində Naxçıvanımızı ziyarət etməyi özünə mənəvi borc bilib.

Sovet ordusunun tərkibində burada xidməti vəzifəsini yerinə yetirən Anatoli Maxin İşğalçı Ermənistanın Sədərəyə, ümumilikdə Naxçıvana silah və texnika ilə hücüm etdiyi həmin dövrdə naxçıvanlılar cəbhədə canlarını sipər etməsini, düşmənin bir qarış belə irəliləməsinə imkan verməməsini parlaq qəhrəmanlıq nümunəsi kimi dəyərləndirir.

Anatoli Maxin o zamankı Naxçıvanı belə xatırlayır:

Ardını oxu...

Oleq Kuznetsov: Naxçıvan Cənubi Qafqazın ən təhlükəsiz regionudur

Bu günlərdə rusiyalı tarixçi, tanınmış qafqazşünas alim Oleq Kuznetsov Naxçıvanda olub. Maraqlı elmi araşdırmaları olan alim, həm də Azərbaycan həqiqətlərini dünyaya olduğu kimi çatdıran tarixçilərdəndir. Onunla müsahibəni oxuculara təqdim edirik:

– Oleq Yuryeviç, sizi yenidən Naxçıvanda görmək xoşdur. Budəfəki gəlişinizin məqsədini bilmək maraqlı olardı.

– Çox sağ olun. Budəfəki səfərimin məqsədi fərdi xarakter daşıyır. Gördüyünüz kimi, Duzdağa müalicə üçün gəlmişəm. Bu mərkəzi seçməyimi mənə yaxın dostlarım məsləhət bilmişdi. Buradakı şəraitdən, göstərilən xidmətdən çox razıyam və gündən-günə müalicənin müsbət təsirini də hiss edirəm. Digər tərəfdən Azərbaycanda, Naxçıvanda məni yaxından tanıyanlar çoxdur. Elə bunun nəticəsidir ki, bu günlərdə AMEA Naxçıvan Bölməsində, Naxçıvan Dövlət Televiziyasında olduq. Biz sözlə, Naxçıvanda olmaq hər zaman mənim üçün xoşdur. 

– Sizin Naxçıvanın tarixinə maraq göstərdiyiniz haqqında məlumatım var. Hətta elmi fəaliyyətinizdən də bunu görmək mümkündür. Bu qədim diyara marağınız haradan başlayır?

Ardını oxu...

Naxçıvanda keçirilən konfrans tarixi hadisə kimi yaddaşlarda qalacaqdır

Dekabrın 6-da Naxçıvan şəhərində “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib. Konfrans nümayəndələrinin müsahibələrini təqdim edirik.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə: – Müqəddəs Naxçıvan torpağı bir çox dahilər yetişdirib. Xalqımızın ümummilli lideri ­Heydər Əliyev də bu torpaqda doğulub boya-başa çatıb. Ulu öndərimiz ölkəmizdə ikinci dəfə hakimiyyətə gələndən sonra dini dəyərlərin qorunub-yaşadılması istiqamətində ardıcıl tədbirlər həyata keçirib, bütün dinlərə eyni qayğı və diqqətlə yanaşıb. Ölkəmizdə multikulturalizm, tolerantlıq və dini həmrəylik sahəsində qazanılan nailiyyətlər də Heydər Əliyev ideyalarının bəhrəsidir. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən də ulu öndərimizin əsasını qoyduğu dövlət-din siyasəti uğurla davam etdirilir, dini həmrəylik möhkəmləndirilir. Dövlət başçısının ­Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi ili” elan olunması da həmin məqsədyönlü siyasətin davamıdır. “İslam Həmrəyliyi ili” çərçivəsində Naxçıvanda “Ümummilli lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda keçirilən konfrans bu baxımdan əhəmiyyətlidir.

Ardını oxu...

Naxçıvan Nuh Peyğəmbərin vətənidir

2016-cı ilin sentyabr ayına qədər Nuh Peyğəmbərin həqiqi vətəni haqqında məlumatımız yox idi. Mən həyat yoldaşım ilə Türkiyənin şərq hissəsinə – İqdır şəhəri istiqamətində hərəkət edərkən yolda Naxçıvan yazılmış lövhə gördük və Naxçıvan barədə bələdçidən məlumat aldıq. O bildirdi ki, Naxçıvan Türkiyə ilə sərhəddə yerləşir. Həmin andan mənim diqqətim bu əraziyə yönəldi. Çox təəssüf ki, həmin vaxt bizim xüsusi bir tur proqramımız var idi və həmin proqrama Türkiyə sərhədlərindən kənarda olan bir ərazini daxil edə bilməzdik.

2017-ci ilin yanvar ayından etibarən mən internet üzərindən və kitablardan Naxçıvan barədə məlumatlar toplamağa başladım. Hər bir axtarışdan sonra Naxçıvana daha da heyran oldum. Lakin əldə etdiyim məlumatlar mənə kifayət etmirdi. Həmçinin bələdçi kitabımda da Naxçıvan barədə az məlumat var idi.

Ardını oxu...

İtaliyanın Sienna Universiteti əməkdaşlarının Naxçıvan Muxtar Respublikası haqqında təəssüratları

İtaliyanın Sienna Universitetinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında səfərdə olmuşlar. Qonaqlar səfər təəssüratlarını belə ifadə ediblər.

Nümayəndə heyətinin rəhbəri Paolo Konti:  “Azərbaycanın dilbər guşəsi olan Naxçıvan müasirliyi və tarixi abidələri ilə bizdə xoş təəssürat yaratdı. Naxçıvanlılar gülərüz və qonaqpərvərdirlər. Naxçıvandakı inkişaf, buradakı səliqə-sahman və abadlıq çox xoşumuza gəldi. Buranın təmiz havası, gözəl təbiəti, güclü infrastrukturu var. Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə sahəsində mühüm işlər görülür. Müqayisə edim ki, hazırda İtaliyada və bir çox Avropa ölkəsində alternativ və bərpa­olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisi ümumi istehsalın 10 faizini, Naxçıvan Muxtar Respublikasında isə 60 faizindən çoxunu təşkil edir. Mən buna, sadəcə, həsəd aparıram”.

Ardını oxu...

01055960
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
97
110
1882
4012
1055960

Tarix: 14-10-2024
Biz, sosial şəbəkələrdə: